ÖLDÜRDÜLƏR

Fatma binanın girəcəyinə çatanda əlindəkiləri yerə qoyub özü üstündə oturdu. Bayaqdannan bəri avtobusda gələ-gələ, hələ dünən gecə , qatarın nəm yorğan-döşəyində yırğalana-yırğalana boğazını neçə dəfə qəhər tutmuşdusa da, ağlamağı gəlmişdisə , özünü güclə saxlayıb ağlamamışdı. Bilirdi ki, ağlasa, Fəridə ona baxıb ağlayacaq. Fəridə ki, ağlamağa başladı, Allah göstərməsin. Üz-gözü elə günə düşürdü ki, Fatmanın öz dərdi yadından çıxırdı, uşağı tələsik bağrına basıb ovudurdu, təki ağzı açılmasın, açılıb qulaqlarının dibinəcən yayılmasın, onsuz da iri burnunun pərələri enlənib bütün üzünü tutmasın. Amma şəhərin mərkəzində, tünlük küçələrin arasında yerləşən çoxmərtəbəli, boz binanın girəcəyinə çatanda özünü saxlaya bilmədi, dünən kənddə, əzilməsin deyə, bir-bir kağıza büküb səliqəylə böyür-böyürə, üst-üstə yığdığı qış armuduyla dolu səbəti girəcəyin ağzındaca yerə qoyub üstünə oturdu, Fəridə görməsin deyə, ləçəyini gözünün üstünə endirib səssiz-səssiz ağladı.

Fəridə anasına baxıb pilləkənin məhəccərinə qısıldı, dodağı büzüldü, ağlamağa hazırlaşırdı ki, Fatma cəld ayağa qalxıb üst-başını sahmana saldı, zənbilləri əlinə alıb uşağın çiynini dümsüklədi:

Di yaxşı, sən , – deyib, özü zənbillərin ağırlığından ləngərləyə-ləngərləyə pillələri qalxmağa başladı. Qalxdıqca da hər mərtəbədə ayaq saxlayıb qapıların nömrələrini, üstündəki yazıları oxudu. Rəngbərəng qapıların heç birinin arxasından səs-səmir gəlmirdi. Elə bil heç birinin o üzündə adam yaşamırdı.

Binanın camaatı bu vaxt yatırdı, nədi?.. – Fatma fikirləşdi, sonra bunu təsəvvürünə gətirdi. Qapıların o üzündə, bərbəzəkli otaqlarda, ipək üzlü yumşaq yorğan-döşəklərdə rahat, qayğısız yatan şəhər adamlarının yuxulu sifətlərini gözünün qabağına gətirdi. İndi belə çıxırdı ki, burda, bu beşmərtəbəli, altıguşəli binada oyaq olan bircə Fəridə ilə o idi. Əslinə qalanda, o hələ dünənki gecədən oyaq idi, şəhərə gətirəcəyi sovqatları yığıb sahmana salandan bəri gözünə yuxu getməmişdi.

Axırıncı mərtəbəyə çatanda Fatma əlindəkiləri yerə qoyub, rəngli qapının üstündəki yazını oxudu. Qapının yuxarı hissəsində qızılı hərflərlə yazılmışdı:

“Mənzil 124 Xəlilov R. A.”

Başıyla qapıya işarə eləyib:

Buradı, – dedi.

Fəridə barmaqlarının ucuna qalxıb, zəngə sarı dartınanda uşağı geriyə itələyib astaca:

Dinc dur!.. – dedi. – Şəhərdə bu vaxt yuxudan durmurlar, – sonra qulağını qapıya söykəyib içərinin sakitliyinə diqqət kəsildi.

İçəri sakit idi. Hardasa elə bil su damcılayırdı.

Əyilib açar deşiyindən içəri baxdısa da, qaranlıqda heç görə bilmədi. Açar deşiyindən evin şirniyyatla, təzə çəkmə iyi ilə qarışıq isti havası axırdı.

Yükləri ayağıyla divarın dibinə itələyib üstünə oturdu, Fəridəyə:

Otur, gözləyək, – dedi, – indi girsək, ayıb olar. Deyərlər, səhərin gözü açılmamış özlərini yetirdilər.

Fəridə zənbillərdən birinin üstünə oturub boğçasını qucağına aldı.

Boğçanın içində Fəridənin çəhrayı paltarı, qardaşının hələ ötən il Bakıdan alıb gətirdiyi təzə, boz məstlər, bir xırda-xuruşsaç sancaqları lentləri vardı. Bunları Fəridə, Sona xalasıgildə qalacağı günlər geyinməkdən ötrü özü ilə kənddən gətirib gəlmişdi.

Çox keçmədi ki, üzbəüz qapının o tərəfindən ara-sıra səslər eşidilməyə başladıƏvvəl kimsə öskürdü, sonra qapı cırıltısı addım səsləri gəldi. Qapı açıldı içəridən orta yaşlı bir kişi məktəbli forması geymiş əkiz qızlar çıxdı. Hər üçü, deyəsən, isti yeməkdən pörtüb qızarmışdı. Qızlar da, kişi təəccüblə Fatmayla Fəridəyə, sonra da altlarındakı iri zənbillərə baxdılar. Qızlar Fəridə ilə yaşıd olardı, hər ikisinin saçları tarım yığılmış, boyunlarının ardına iri bant vurulmuşdu.

Qızlardan biri pilləkənləri düşə-düşə çönüb Fəridəyə dil çıxardı və bundan Fəridəni ağlamaq tutdu, dodağını dişləyib anasına baxdı.

Anası oturduğu yerdə qulağını qapıya dirəyib içəri elə diqqət kəsilmişdi, elə bil bu dəqiqə qapının o tərəfində isə baş verməli idi.

Çox keçmədi ki, qapının da o üzündən yumşaq addım səsləri eşidilməyə başladı. Sonra hansı otağınsa qapısı cırıldadı Fatma ürəklənib cəld ayağa qalxdı, barmaqlarının ucuyla qapını asta-asta taqqıldatdı.

Qapını Sona xanım açdı, bir müddət uzun, çəhrayı gecə köynəyində, saçları çiyninə dağılmış halda qapının ağzında dayanıb Fatmanın üzünə elə baxdı, elə bil ömründə birinci dəfəydi görürdü. Sonra haçandan-haçana yuxudan ayılmış kimi, qaşlarını yuxarı qaldırıb:

Bıy?!.. – dedi. – Xoş gəlmisən, ay Fatma. əcəb səndən?! Xeyir ola?!.

Əmiqızının bu sözləri Fatmanı qapının ağzındaca kövrəltdi. Fatma dinib danışmadan ağlamsınıb divarın dibindəki zənbilləri bir-bir içəri yığmağa başladı. Hamısını yığıb qurtarandan sonra əmiqızıyla öpüşüb görüşdü.

Xeyir döyül, ay Sona, – deyib bu dəfə gözünün yaşını axıtdı.

Nolub genə? Ərinnən küsübsən?

Yox əşi, ərim yazıq neçə vaxtdı yorğan-döşəkdədi, – Fatma dedi, sonra dəhlizin divarına söykənib nəfəsini ağır-ağır dərə-dərə: – Xasayı tutublar, – dedi öz dediyindən bir az da təsirlənib gözünün yaşını sel kimi axıtdı.

Bıy?.. vaxt, üstə?

Mən başıdaşlının havaxt günü olub ki, indi ola?! Dedim

Mənə bax e, məni elə çaşdırdın, qapının ağzında dayanıb durmuşuq. Keç içəri, – Sona xanım dedi Fatmanı içəri otağa keçirdi, orda xara üzlü şişman divanın bir tərəfinə oturdub, özü yanında əyləşdi.

Dedim, uşaqlar daha böyüyüb, bir az rahatlanaram. Bu da mənim rahatlığım… – Fatma deyib susdu.

Fəridə hələ boğçası qoltuğunda, dəhlizdə durmuşdu. Bilmirdi, o da içəri girməlidi, ya yox.

Srağagün təmtərağnan, zurna-balabannan yola saldıq onu bura. Bu gün də Minskə yola düşəsiydi, əsgərliyə. Mənim ağlım olmadı, gərək kənddən adam qoşaydım ona. Uşaq ki uşaq

Sona xanımın hövsələsi daraldı.

Di yaxşı, de görüm, neyləyib axı bu Xasay?

Biləcəridəhaman o yola salınan stansiyada kimnənsə sözü çəp düşüb, sava­şıb. Tutub salıblar milisyə. İndi… – Fatmanın, bu yerdə yenə gözləri doldu, – Bu gün hamı çıxıb getdi...

Hara?

Minskə.

Sona xanım qaşlarını qaldırıb dəhlizə boylandı, orda Fəridənin ayaqları altında bir-birinə söykənən dolu zənbillərə baxdı.

Fatma da gözünün yaşını silib zənbillərə baxdı:

O iri zənbildəkiarmuddu, o birilər , bir az balıqdı, bir az da kürü, – dedi, sonra ətəyinin pürçüklərini təmizləyə-təmizləyə, rəng verib rəng ala-ala: – Deyirəm, bəlkə, Rəhim qardaş mənnən gedəydi?!.. Ya heç olmaya, bir zəng vuraydı. Onun bircə zəngi

Sona xanım çiyinlərini çəkdi:

Onun xasiyyətini özün bilirsən. İllah da belə cəncəl işlər üçün lap doğma oğlu ola ha, zəng vurmaz. Elə tərsdi ki!..

Fatma içini çəkib dəhlizdə, boğçası qoltuğunda dayanan Fəridəyə, sonra da, hərəsi bir yana əyilmiş zənbillərə baxdı.

Deyirəm, bəlkə

Yox, əzizim, üz vurma. Bax, durub o boyda yolu gəlmisən, lap əcəb eləmisən, gözüm üstə yerin var. Amma bu barədə

Fatma çiyninə sürüşən kəlağayısını başına dolayıb ayağa qalxdı, əlacsız halda:

Neynək?.. – dedi, sonra Fəridəyə işarəylə: – Onda qoysana, Fəridə sizdə otursun. Mən gedim, görüm neynirəm. Yalvarım-yaxarım, deyim doqquz uşaq anasıyam, ərim yataq xəstəsidi. Diz çöküb yalvarımbəlkə, buraxalar.

Fatma bunu deyib yenə səssizcə ağladı. Sona xanımın da gözləri doldu.

Üzmə özünü, düzələr inşallah. Buraxarlar, Allahın köməkliyiylə.

Fatma gedəndən sonra Fəridə bir müddət boğçası qoltuğunda, dəhlizdəki zənbillərin arasında döyüküb qaldı.

Sona xanım Fatmanı yola salanda ağızucu Fəridəyə: “Keç içəri, qızım, qapı ağzında niyə durmusan?..” – dedisə , Fəridə yerindən tərpənmədi.

Sona xanım qapının ağzına yığılan zənbillərə məhəl qoymadan, tələsik addımlarla evin o başına getdi, sonra, deyəsən, hamama girdi. Çünki bir müddət hamamdan su səsi gəldi. Sona xanım orda suyu şırıldada-şırıldada, deyəsən, əl-üzünü yudu, ya da olsun ki, çimdi. Bir qədərdən sonra isə ordan, başında iri dəsmal çıxıb özünü yataq otağına saldı. Bir qədərdən sonra yataq otağından, geyimli-kecimli, ətir saça-saça dəhlizə çıxdı, Fəridəni həmin yerində görəndə təəccüblə:

A-a?!.. Sən bayaqdan elə burda dayanmısan?.. Niyə içəri keçmirsən, bala? – dedi, – bura özgə yer deyil ki?! Ananla dostdoğma əmiqızıyıq. Mən sənin xalan. Keç, keç, utanma. Bizimkilər indiyə durarlar.

Sona xanımın bu sözləri Fəridəni yerindən tərpətmədi. Fəridə boğçasını bir az da bərk-bərk qucağına sıxıb üzünü divara çevirdi.

Sona xanım içi sovqat dolu zənbilləri sürüyə-sürüyə mətbəxə apardı, ordan bir , bu dəfə lap mehriban səslə:

Bura gəl, qızım. Kömək elə, boşaldım bunları, – dedi.

*** 

Bir qədərdən sonra Sona xanımın oğlu, gəlini iki körpə nəvəsi yuxudan oyandılar. Uşaqlar dəhlizə qaçıb, otaqların arasıyla ayaqyalın o baş-bu başa qaçdılar, sonra gəlib Fəridəylə üzbəüz dayandılar, barmaqlarını ağızlarına soxub dinməz-söyləməz onun üzünə zilləndilər.

Fəridə uşaqların baxışlarından niyəsə pərt oldu, yerində qurcalanıb saçlarını sahmana saldı, corabının yamağı görünməsin deyə, ayaqlarını cütlədi.

Uşaqlar analarının da, səsi o biri otaqlardan eşidilən atalarının da çağırışlarına məhəl qoymadılar, barmaqlarının onunu da ağızlarına basıb maraqdan irilən bəbəkləriylə Fəridəyə elə zilləndilər, elə bil ömürlərində görmədikləri əcaib bir şeyə tamaşa eləməkdən doya bilmirdilər. Çox keçmədi ki, qapısı dəhlizə açılan otaqların hansındansa cavan bir qadın çıxıb tələsik addımlarla Fəridəyə sarı gəldi, ona çatanda isə gözünün ucuyla belə nəzər salmadan, onu, ümumiyyətlə, görmədən, hövsələsiz hərəkətlərlə uşaqların əlindən yapışıb sürüyə-sürüyə, deyəsən, mətbəxə apardı.

Bir qədərdən sonra Fəridənin gəlişi münasibəti ilə, ya evin gündəlik adəti üzrə qonaq otağında təntənəli süfrə açılmışdı, çay dəsgahı düzəlmişdi. Süfrəyə Fəridənin ömründə görmədiyi qəribə peçenyelər, lülələri quş dimdiyini xatırladan balaca südqabılar, çaydanlar sair düzülmüşdü.

Bütün bu “təmtəraqdan”, yoxsa süfrənin arxasında təntənə dolu gərgin üzlərlə oturanların baxışlarından Fəridənin ürəyi bulandıqabağındakı içi dolu nimçəyə gözünün ucu ilə belə baxmadan, başını aşağı salıb dinməz-söyləməz oturdu.

Sona xanım üstünə şəkər tozu səpilmiş yelpincvari bulkaya kərə yağı çəkib Fəridənin nimçəsinə qoydu, sonra eynilə Fəridənin nəğmə müəlliminin təbiriylə:

Ye, qızım, utanma, – dedi, – burda kənar adam yoxdu.

Rəhim kişi çayı qaynar-qaynar başına çəkib pörtdü, Sona xanıma baxıb Fəridəyə işarəylə:

O saat bilinir, şəhər uşağı döyül. qalıbsa, kənddə qalıb, – dedi.

Fəridə əlini bulkaya uzatmadı, mədəsi bulkanın dadlı qoxusundan sümrülə-sümrülə, gözünü yerə dikib gözlədi ki, hamı yeyib qurtarsın.

Səhər yeməyindən sonra Rəhim kişi kök, yumşaq əliylə Fəridənin başını sığallayıb işə, uşaqların ata-anası geyinib-kecinib öz aralarında xısınlaşa-xısınlaşa harasa çıxıb getdilər. Sona xanım nəvələrini yedirib əl-üzlərini yudu, qonaq otağının döşəməsindəki xalçanın üstünə oturdub qabaqlarına, o biri otaqdan gətirib gəldiyi bir torba oyuncağı səpdi, özü isə, olsun ki, nahar hazırlamaqdan ötrü mətbəxə getdi.

Sona xanım gedəndən sonra uşaqlar oyuncaqlara məhəl qoymadan yenə barmaqlarını sümürə-sümürə, maddım-maddım Fəridəyə zilləndilər.

Uşaqların baxışlarından, ya bulkanı tələsik çeynədiyindən, sonuncu tikə Fəridənin boğazında qaldı, onu çeçədib öskürtdü. Əlini çay dolu fincana atmaq istəyəndə, uşaqlardan biriyaşca bir qədər böyüyü stola sarı diyirlənib Fəridənin fincanını göz qırpımında ələ keçirdi, ağzına dirəyib acgöz-acgöz içə-içə, çayı üstünə, yerə tökə-tökə dəhlizə qaçdı.

Fəridə matı-qutu qurumuş halda uşağın dalınca baxa-baxa qaldı

Ayrı kim olsaydı, tikəsinə göz dikəni Fəridə qamarlayıb elə döyərdi ki, doğma anası belə onu tanımazdı. Amma anasının, dünəndən bəri bütün yolu ona dönə-dönə tapşırıqları hər an qulağındaydı. Bu evdə o özünü xüsusi ədəblə aparmalıydı; acsa da, susuz olsa da, səsini, cınqırını belə çıxarmamalıydı, çünki bura kənd yeri deyildi, şəhər idi. Şəhərdə isə ayrı qanunlar işləyirdi.

Arxadan kimsə başındakı lentini dartıb açdı. Bu da, o biri uşaq idi, lenti ağzına salıb çeynəyə-çeynəyə, gözlərinin dərinliyində işaran qələbə sevinci ilə geriyə çəkilirdi...

Fəridə əl atıb uşağı tutmaq istədi. Uşaq lentin hamısını ağzına basıb, xalçanın üstüylə pişik kimi o yan-bu yana dığırlandı. Uşağın bu dığırlanmasından Fəridəni gülmək tutdu, dizi üstə döşəməyə düşüb uşağı qıdıqlamağa, güldürüb ağzındakı lenti çıxarmağa çalışdı. Bu vaxt uşağın o birisi özünü yetirdi, özünü döşəməyə yıxıb Fəridənin boynunu qucaqladı

Onların səsinə dəhlizin o biri başından Sona xanım da gəlib çıxdı, yağlı əllərini havada tutub qapının ağzında dayandı, bir müddət onların oynamağına tamaşa elədi, sonra elə ordan:

Ehtiyatlı ol, qızım. Balacadılar, qol-qıçları əzilməsin, – dedi. 

*** 

Nahardan sonra Sona xanım qonaq otağının xara üzlü yumşaq divanında Fəridə üçün yer saldı, uşaqları da yatırtmaq üçün qışqırdıb ağlada-ağlada o biri otağa apardı bir müddət ordan, Fəridəylə oynamaqdan bir xeyli coşmuş uşaqların səsləri eşidildi, sonra evə sakitlik çökdü.

Hündür tavanlı, işıqlı qonaq otağı da sakit idi. Bircə üzbəüz divardan ona zillənən nəhəng divar saatının yeknəsəq çıqqıltıları eşidilirdi. Fəridə bu çıqqıltıların altında soyundu, Sona xanımın divanın üstünə sərdiyi yumşaq üzlü qəhvəyi adyalın altına girib böyrü üstə çöndü, gözlərini yumub anasının dediyi kimi, “əmrə tabeolmağayuxulamağa çalışdısa dayata bilmədi. Divanın yaşıl xaradan işlənmiş bərbəzəkli parçası ona ötən yay tətildə, “Azərbaycan nağıllarıkitabında gördüyü rəngli şəkillərdən yadında qalan, xanların, xəlifələrin saraylarında işlədilən mütəkkələri xatırlatdı. Bir qədər belə uzandıqdan sonra kürəyi üstə çöndü, əllərini başının altında daraqlayıb tavana baxa-baxa anası haqqında fikirləşməyə başladı anasına yazığı gəldi. Anası, olsun ki, heç vaxt belə yumşaq divanda, bu cür yumşaq tüklü adyalın altında yatmamışdı. Heç bayaqkı süfrəyə düzülənləri , olsun ki, anası ömrü boyu dadmamışdı. Bəlkə də, heç vaxt, heç bir vaxt dadmayacaq da. nəinki, dadmayacaq, anası dünyada belə peçenyelərin olduğu barədə heç bilməyəcək ...

Köksünü ötürüb fikirləşdi ki, indi anası tanımadığı bu şəhərdə, şəhərin adamla dolu qarmaqarışıq küçələrində dolaşa-dolaşa Xasayı axtarırGörən, Xasay indi hardadı?.. Dünən Xasayın tutulmaq xəbərini alanda böyük xalasının qırmızısifət əri qəribə bir ədayla:

Kitabı bağlandı ta Xasayın. Şəhər yerində milisdən qurtarmaq, müşkül məsələ­di, – demişdi.

O elə deyəndə, anası qəfildən hönkürüb elə ağlamışdı ki, Fəridənin mədəsi sancılanmışdı. Özü isə ağlamamışdı, özünü tox tutub bu qırmızı üzlü, pis adamın gözünün içinə baxmışdı.

Divar saatı danqıldadı. Dördün yarısı idi.

Çöldə möhkəm külək qalxmışdı deyə, bağlı pəncərələrin kip çərçivələrindən olsa, asta vıyıltıyla içəri dolub pərdələri yellədirdi.

Ayağa qalxdı, yalın ayaqlarını döşəməyə ehmal-ehmal basa-basa pəncərəyə yaxınlaşdı, ordan küçəyə baxdı.

Yağış yağırdıÜzbəüz səkidə gözə dəyən tək-tük adamlar üzlərini yaxalıqlarının arasında gizlədib tələsik addımlarla dayanacağa sarı qaçırdılar.

Şəhərəağarmış domino daşları kimi böyür-böyürə düzülən binalara baxa-baxa fikirləşdi ki, görən, indi anası bunların hansındadı?.. Ya, bəlkə, küçədədi; saçları, güllü paltarı yağışın altında islana-islana, kimlərəsə yalvara-yalvara Xasayı axtarır?.. Sonra bunu təsəvvürünə gətirdi. Anası şəhərin küləkli, yağışlı küçələri ilə yaş paltarda necə dolaşıb, oğlu Xasayı axtarır bu mənzərədən ürəyinin başı söküldü, gözlərindən süzülən yaşı əlinin üstüylə silib yerinə qayıtdı, divana uzanıb adyalı başına çəkdi ürəyi çırpına-çırpına fikirləşdi ki, axı anası niyə bu qədər yubandı?.. Bəlkə, anasını da xalasının qırmızısifət ərinin dediyi milislər tutublar?.. Tutub Xasayın yanına salıblar?..

Sonra bunu da gözünün qabağına gətirdiÜzü tüklü, köynəyi çirkli Xasayla saçları çiyinlərinə dağılmış gözüyaşlı anası, yarıqaranlıq zindanın yoğun dəmirlərinə sarılıb necə inləyə-inləyə kimlərəsə yalvarırlar

Külək pəncərənin nəfəsliyini taqqıldatdıqca Fəridəni ağlamaq tuturdu, üzünü balışa sıxıb hönkür-hönkür ağlamaqdan özünü güclə saxlayırdı. Burda ağlamaq olmazdı. Bir anası həmişə deyirdi ki, ağlayanda üzü eybəcər günə düşür, onsuz da yekə ağzı böyüyüb, az qala, qulaqlarının dibinə dirənir, burnu tuluqlanıb armuda dönür, qızartısı da saatlarla çəkilmək bilmir.

Sonra Xasayı düşündü ürəyi sıxıla-sıxıla fikirləşdi ki, bəlkə də, Xasay indi hardasa lap yaxınlıqda, buralardaxırda, qaranlıq pəncərələrini kor kimi ona zilləmiş bu binaların hansısa birindədi?..

Yataq otağının qapısı cırıldayıb açıldı. Uşaqlar itələşə-itələşə içəri cumdular, yalın ayaqlarıyla otaq boyu o yan-bu yana qaçdılar. Sona xanım onların səsinə gəldi, nəvələrinin əlindən tutub ədəb-ərkanla o biri otağageyindirməyə apardı.

Uşaqlar tez durmuşdular?.. Yoxsa, onu yuxu aparmışdı?.. – fikirləşib dikəldi. – Bütün gecəni plaskart vaqonun dəmir kimi bərk oturacağında silkələnə-silkələnə, dəqiqəbaşı ləngər vurub nəhəng heyvan fışıltısıyla fışıldayan qatarın səsinə diksinə-diksinə yatdığından, divanın isti yumşaqlığında necə yuxuya getdiyini hiss eləməmişdi yəni?..

Uşaqların hansı birisə özünü dəhlizin döşəməsinə çırpıb yanıqlı-yanıqlı ağlamağa başladı. Uşağın səsindən, ya havanın qəfil qaralmasından Fəridənin ürəyinə həm anası həm də Xasayla bağlı pis-pis şeylər damdı.

Dəhlizdə bayquş səsiylə ulayan uşağın ağlamağı da, hər əşyasından xüsusi dəbdəbə yağan bu havasız ev , haranısa qapı kimi döyən külək bu axşam Fəridəyə yaxınlaşmaqda olan qorxulu təhlükəli nəyisə xəbər verirdi

Ayağa qalxıb tələm-tələsik geyindi, pəncərənin qabağına qaçıb şəhərə baxdı.

Hava qaralmışdı deyə, indi küçədə, ümumiyyətlə, gözə adam dəymirdiKülək güclənmişdinəfəsliklə bərabər, pəncərənin çərçivəsini laxlada-laxlada qorxunc-qorxunc uğuldayırdı...

Bayaq gün işığında nəhəng, boz qəbiri andıran üzbəüzdəki binanın pəncərələrində artıq işıq yanırdı, tül pərdələrin o üzündən nahar masasının arxasına yığışmış adamlar görünürdü. İşıqlı, isti evlərində oturub çay içir, çörək yeyirdilər

Anasından isə hələ xəbər yox idi.

Çox keçmədi ki, Rəhim kişi işdən qayıtdı, uşaqların ata-anası da gəlib çıxdı.

Sona xanım önlüyünü döşünə taxıb qonaq otağının ortasındakı dəyirmi masanı bəzədi, süfrəni qab-qacaqla doldurdu. Mətbəxə keçib bayaqdan bəri bişirdiyi toyuq qızartması ilə düyünü, büllur stəkanlara paylaşdırdığı qaynar dovğanı gətirib süfrəyə düzdü. Hamı süfrə başına yığıldı, Sona xanım Fəridənin nimçəsinə xörək çəkib:

Di soyutma, başla, – dedi, sonra xörəkdən o birilərin nimçələrinə çəkdi.

Çəngəl-bıçaqlar işə düşdü, Fəridəni isə ağlamaq tutdu.

Yediyi tikə Rəhim kişinin boğazında qaldı:

A bala, sənə noldu?.. – deyib niyəsə Sona xanımın üzünə baxdı.

Fəridənin qəhərindən Sona xanım da çaşdı… üzündəki günahkar ifadə ilə ərinə, uşaqlarına, sonra Fəridəyə baxıb:

Balamsan, sənə noldu? – dedi Fəridə Sona xanımın məhrəm səsindən bir az da kövrəldi, bayaqdan bəri tarıma çəkib içində saxladığı göz yaşları yanaqları boyu süzülüb sinəsinə töküldü.

Hamı pərt-pərt bir-birinə baxdı.

Fəridə gözünün yaşını əlinin arxasıyla silib, dünən axşamüstü kənddə anasıyla bir köhnə qəzet parçalarına büküb səliqəylə zənbilin dibinə yığdıqları, indi isə süfrənin  ortasında , çini meyvəqabında saralan armudlara baxdı, başını aşağı salıb dodaqlarını bir-birinə pərçimlədi ki, boğazına dolan qəhərini hönkürüb səsi gəldikcə ulamasın.  

Rəhim kişi, armudlardan birini nimçəyə dilimləyib onun qabağına qoydusa da, Fəridə başını qaldırmadı, yadına müharibə filmlərində gördüyü dəhşətli mənzərələri saldı ki, təki ağlamasın, təki anası deyən kimi, “onsuz da yekə ağzı qulaqlarının dibinəcən yayılmasın”.

Anan indi harda olsa, gələcək. – Sona xanım Fəridənin çəngəliylə armud dilimlərindən birini götürüb onun ağzına uzatdısa da, Fəridə armuda, Sona xanıma məhəl qoymadı.

İşin olmasın, özü yeyəcək. – Rəhim kişi kədərlə deyib ayağa qalxdı, keçib küncdəki televizorla üzbəüz kresloya əyləşdi.

Fəridə süfrəyə düzülən yeməklərdən dilinə vurmadı, bütün axşamı masanın arxasında başıaşağı oturub qaldı. Şam yeməyi bitib başa çatandan sonra da, süfrə yığılıb, hərə öz otağına dağılışanda da yerindən tərpənmədi.

Hamının başı özünə qarışıb fikri ondan yayınandan sonra ayağa qalxıb pəncərənin qabağına keçdi, məxmər pərdənin arxasında gizlənib qaranlıq küçəyə baxa-baxa orda da ağladı.

Güclü küləyin, yağışın döydüyü küçələrdə daha gözə adam dəymirdiSəkilərin kənarları boyu düzülən uzun işıq dirəkləri küləyin müqavimətindən budaqsız, sütül ağaclar kimi yellənir, az qala, kökündən qopmaq istəyirdiŞəhərin ha tərəfindənsə yanğın maşınının ətürpədən siqnalları eşidildi Fəridə ürəyi sıxıla-sıxıla fikirləşdi ki, əgər indi anası qayıdıb gəlməsə, demək, daha gəlməyəcəkO da ömrünün axırınacan bu gur işıqlı, yad evdə qalacaq. Sonra ağlına gələn növbəti fikirdən ürəyi lap sıxıldı.

Ağlına gələn fikir isə bu idi ki, çox güman ki, anası onu burabu evə elə bundan ötrü gətirmişdi. Xasayı axtarmaq bəhanəsiylə aradan çıxıb onu bu adamlara birdəfəlik təhvil verərək, kəndə qayıtmışdı. Özü demiş, “uşaqların yavannığını çatdıra bilmədiyin­dən”, onu da başından beləcə əkmişdi, Sona əmiqızısının köhnə arzusunu da“ev işlərində ona hayan olacaq üzüyola bir qız uşağı tapmaq” tapşırığını da beləcə yerinə yetirmişdi. Ötən il ondan iki yaş böyük bacısını böyük vəzifələrdə işləyən dayıuşaqlarına təhvil verdiyi kimi, onu da bu evə təhvil vermişdi...

Bu fikirdən içinin yarpaq kimi titrəyib əsdiyini hiss elədi

Demək, bu gündən etibarən burda yaşayacaqdı. Səhərlərüstü şəkərli bulkalar, axşamlarqızardılmış toyuq yeyəcək, günortalar xara üzlü divanda, qonaq otağının divar saatının ürəksıxan çıqqıltısı altında yatmalı olacaqdı

Bayaqdan bir neçə dəfə boğazının yoluna dirənib nəfəsini təngidən qəhərini daha boğa bilmədi, səsi çıxmasın deyə, hər iki əlini ağzına basıb dişlərini bir-birinə sıxdısa da, hönkürtüsü durmadı. Televizorun səsi ağlamağını eşidilməz etdi deyə, bir müddət pərdənin arxasında ürəkdən ağladı, sonra gözlərinin yaşını silib pərdəni araladı burdan görünən meşin üzlü çöl qapısına baxdı

Anası bu qapıdan gəlməliydi. Üzlüyü palçığadavamlı qaloşu andıran bu qaradərili qapının kimisə içəri buraxacağı heç inanılası məsələyə oxşamırdı…

Bu məqam balacalardan biri özünü pərdənin arxasına salıb, Fəridənin ayaqlarına sarıldı. Çox keçmədi ki, o biri uşaq da gəlib Fəridənin böyrünə qısıldı, ətəyini didişdirib küçük kimi zingildədisə də, Fəridə yerindən tərpənmədi, daha diziüstə döşəməyə düşüb onları əyləndirmək üçün dovşan kimi iməkləmədi. Onda uşaqların hansısa balaca, iti dişlərini onun biləyinə keçirib gücü gəldikcə sıxdı və Fəridənin ağrıdan gözləri yaşardı.

İstəsəydi, bircə şapalağıyla uşaqların ikisinin də dərsini verərdi, amma dinmədi, dişlərini bir-birinə sıxıb səbirlə nəyisə gözlədi… Uşaqlar onun dinmədiyini görüb yumruqlarını işə saldılar, balaca əlləri ilə onun qarnını, qıçlarını döyəclədilər, qollarını cırmaqladılar…

Fəridə dinmirdi… istəyirdi, uşaqlar onu bir az da bərk döysünlər, qol-qıçını dişləyib qanını axıtsınlar, elə günə qoysunlar ki, anası qayıdanda onu tanımasın…

…Qonaq otağından yaylım atəşi kimi açılan çığırtıya bütün ev dik atıldı… Özlərini hövlnak otağa yetirən Sona xanımla Rəhim kişi gördükləri mənzərədən yerlərindəcə donub qaldılar.

…Fəridə otağın ortasında dizi üstə oturmuşdu, ağzını göyə açıb, hansısa heyvanın səsini andıran qorxunc səslə ulayırdı... Uşaqlar bir qıraqda, əlləri ağızlarında döyüküb Fəridəyə baxırdılar…

Fəridənin balaca ağzı rezin kimi dartılıb qulaqlarının dibinəcən yayılmaqdaydı… burnu enlənib köpüşməkdə, tuluqlanıb sulu armuda çevrilməkdəydi…

…Fəridənin ağlamağından, ya küləyin növbəti həmləylə pəncərələrə çırpılıb şüşələri titrətməsindən, meşin üzlü çöl qapısının zəngi vuruldu.

Gələn Fatma idi. Özünü qızının səsinə hövlnak içəri salıb Fəridəni qucağına basdı. Anasının bu hərəkətindən qızın qəhəri birə-on artdı, başını anasının qarnına basıb ağlamaqdan nəfəsi kəsilə-kəsilə:

– Mən..ni bur…da öldürdü…lə-ə-ər!!! Öldürdülə-ə-ər!!!..– deyib zarıdı.

Fatma donuq gözlərlə əmisi qızına baxdı.

Sona xanımın da, Rəhim müəllimin də üzü elə idi, elə bil uşağı, həqiqətən, öldürmüşdülər.