Mərakeş səfiri Tərcümə Mərkəzində

 İyulun 25-də Mərakeş Krallığının səfiri cənab Məhəmməd Adil Ambarx Tərcümə Mərkəzində olub. Görüşdə Azərbaycanla ərəb dünyası arasında hər sahədə qurulmaqda olan əlaqələrdən söz açılıb. 

Məhəmməd Adil Ambarx: “Sizin Mərkəzin fəaliyyəti barədə çox eşitmişəm. Həqiqətən də, ədəbiyyat - xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın ən qısa və etibarlı körpüsüdür. Səfirlik olaraq, bu istiqamətdə Mərkəzlə əməkdaşlığa hazırıq. Mərakeşlə Azərbaycan çox oxşar ölkələrdir. Bizim ölkəmiz də, Azərbaycan kimi, bütün mədəniyyətlərə açıqdır. Düşünürəm, həm Azərbaycanda Mərakeşə, həm də Mərakeşdə Azərbaycana böyük maraq var və ərsəyə gətiriləcək nəşrlər hər iki ölkənin ədəbi mədəni həyatına gözəl töhfələr verəcək”.

 

    Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan ərəb dilində “Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı“, “Azərbaycan-ərəb dili danışıq kitabçası”” və digər nəşrlər hədiyyə edilib.

DİGƏR MƏQALƏLƏR

  • YUXU ƏRAZİSİNİN SİRRLƏRİNDƏN

    Bu gecə bütün yuxunu, dünasını dəyişib torpağa tapşırılsa da, çərçivəsi bilinməyən ekranabənzər uca məchulluqdan öz qəml...

    Davamı
  • DUYĞU NATARAZLIĞI

         Bəzən, xüsusən yazı yazarkən, qəfil, sirli təkanlarla coşub, ilhamlanıb, hansısa, ən əlçatmaz, ən al...

    Davamı
  • XİLAS BİCLİKLƏRİ

    Təəssüf ki, tanış-bilişi, qohum-əqrəbanı heyrətə gətirən virtuoz evdarlığımın - riyazi dəqiqliklə sahmanda saxladığım ev...

    Davamı