Mərakeş səfiri Tərcümə Mərkəzində

 İyulun 25-də Mərakeş Krallığının səfiri cənab Məhəmməd Adil Ambarx Tərcümə Mərkəzində olub. Görüşdə Azərbaycanla ərəb dünyası arasında hər sahədə qurulmaqda olan əlaqələrdən söz açılıb. 

Məhəmməd Adil Ambarx: “Sizin Mərkəzin fəaliyyəti barədə çox eşitmişəm. Həqiqətən də, ədəbiyyat - xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın ən qısa və etibarlı körpüsüdür. Səfirlik olaraq, bu istiqamətdə Mərkəzlə əməkdaşlığa hazırıq. Mərakeşlə Azərbaycan çox oxşar ölkələrdir. Bizim ölkəmiz də, Azərbaycan kimi, bütün mədəniyyətlərə açıqdır. Düşünürəm, həm Azərbaycanda Mərakeşə, həm də Mərakeşdə Azərbaycana böyük maraq var və ərsəyə gətiriləcək nəşrlər hər iki ölkənin ədəbi mədəni həyatına gözəl töhfələr verəcək”.

 

    Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan ərəb dilində “Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı“, “Azərbaycan-ərəb dili danışıq kitabçası”” və digər nəşrlər hədiyyə edilib.

DİGƏR MƏQALƏLƏR

  • ADAMSIZ SƏHNƏNİN TƏNHA SKRİPKAÇISI

    Yazdıqlarımızı, elə bilirəm, «qəlbimizin stenoqramı» adlandırmaq olar. Bəzən nə vaxtsa yazdığın yazını uzun ...

    Davamı
  • SADİQ CANGÜDƏN

    Bütün qüvvəmi, enerijimi itirib məhv olmaq astanasına çatdığım ən kritik, çıxılmaz məqamlar ha tərəfimdənsə dikəlib məni...

    Davamı
  • ƏSMAYƏ

    Əsmayə Göyçə qaçqınıdı, əri Musa kişi ilə - zahirən məşhur ingilis diplomatı Uinston Çörçilli xatırladan ucaboy, kürəkli...

    Davamı