BEKAR

O biri otaqlardan taqqaturuq səsi gəlirdi. Deyəsən, anası evi yığışdırırdı. Həmişə elədiyi kimi, stulları kənara çəkib stolun altını, rəflərin içini silirdi.

Bunu təsəvvüründə olduğu kimi canlandırdı. Anası saat yarım ərzində işini başa çatdırdı, döşəməni süpürüb, qabları yudu. Sonra gün çıxdı və anası işə getdi.

…Bir müddət yerinin içində oyan-buyana qurcalanıb anası barədə fikirləşdi, sonra ayağa qalxıb barmaqlarının ucunda mətbəxə qaçdı, orda özünə tələm-tələsik yaxmac düzəldib, soyuqdan titrədə-titrədə otağa qayıtdı, özünü isti yorğanın altına salıb, yaxmacı yorğanın havasız qaranlığında yedi. Yaxmac hər dişləmdə ovulub xırda qırıntılarını boynuna, qollarına, döşəyinin içinə doldurdu. Yeməyi bitirib başını yorğanın altından çıxardı, dərindən nəfəs dərib, tavana baxmağa başladı.

Fikirləşdi ki, nə yaxşı ki, hələ tələbədi, nə yaxşı ki, belə asan fakültədə oxuyur, nə yaxşı ki, həftənin iki günü dərsi yoxdu, nə yaxşı ki, bu gün həmin o iki gündən biridi və nə yaxşı ki, bu iki günü istədiyi kimi keçirə bilər. İstədiyi qədər uzanıb, istədiyi şeylər haqqında fikirləşə bilər.

Gərnəşdi… sol qabırğası qaşındı. Qabırğasını qaşıdıqca hər xırda hərəkətindən bədəninə, yatağına dolan çörək qırıntıları tərpəşib yerlərini dəyişdilər və onu yeni-yeni qaşınmalar tutdu. Sonra uzun müddət tavana baxa-baxa fikirləşdi ki, indi əgər bu tavan açıq olsaydı, yəni tavanı yay maşınlarının üstünü açantək, açıb geriyə qatlamaq, yaxud düymənin idarəsi ilə, ümumiyyətlə, yoxa çıxarmaq olsaydı, əla olardı. Sonra bunu təsəvvüründə canlandırdı da. Necə yerində uzana-uzana, görünməz düyməni basıb tavanı açır və elə öz yatağındaca uzandığı yerdə qaranlıq göyün üzünə səpilən ulduzlara baxır…

Tavanın suvağı ovulmuş, bəzi hissələri yağış sızmalarından əcaib ləkələr atmışdı. Burdan – aşağıdan baxanda, alçaq təpələrlə sıralanmış bozumtul səhranı xatırladırdı. Diqqətlə baxanda, burda, hətta dağlar da var idi. Dağların bəzi cizgiləri kölgələnib qaralmışdı deyə, hündürlüklərini dəqiq müəyyən eləmək olmurdu.

Gözlərini qıyıb bu mənzərəyə uzaq məsafələrdən baxan kimi baxdı və bu dəfə ona elə gəldi ki, bütün bu mənzərə heç də burda – onun yataq otağının tavanında yox, hardasa buralardan çox-çox uzaqlarda, təyyarə yüksəkliyindən görünən məsafələrdədi. Məhz bu səbəbdən də nəhəng dağlar, dərin dərələr belə, balaca görünür.

Sonra çönüb yatağı ilə üzbəüzdəki divara baxdı.

Divar hamar deyildisə də, onu heç hara oxşada bilmədi və fikirləşdi ki, görəsən, niyə bütün tavanları, divarları və otaqları dördkünc tikirlər?.. Sağa baxırsan – künc, sola baxırsan künc. Yuxarı künc, aşağı künc, hər tərəf xətlər, düzbucaqlar, çərçivələr… Nə qədər bu dörd küncü görmək olar?..

Sonra tavanın və divarların künclərinə o qədər baxdı ki, ona elə gəldi, başı da dördküncləşdi, gözləri də. Bax, bu saat durub pəncərədən küçəyə baxsa, görər ki, orda da hər şey dördküncdü. Amma durmadı. Ayağa qalxmağa həvəsi yox idi.

Fikirləşdi ki, hər şey – evlər də, küçələr də girdə olsaydı, nə olardı, görən?.. Hər şey girdələşərdi. Girdə evlər, dəyirmi şkaflar, dəyirmi çarpayılar… Axı bu qaranlıq, mənasız künc-bucaqlar kimə və nəyə lazımdı? Onsuz da künclərdən istifadə olunmur. Əgər hər otağın dörd küncünün sahəsini birləşdirsən və … o biri otaqların da künclərini bura qatsan, onda əməlli-başlı gur işıqlı, geniş salon alınar. Elə həndəsi məntiqlə də hər şey üst-üstə düşür. Çevrə – tutduğu sahə etibarilə bütün kublardan və kvadratlardan, düzbucaqlardan və paralelepipedlərdən yığcamdır.

…Divarın o üzündəki qonşu mənzildən şıqqıltı səsləri eşidildi, sonra makinanı çaqqıldatmağa başladılar.

Qıçlarını qarnına yığıb, başını yorğanın altına salıb qollarıyla qulaqlarını qapadısa da, makinanın çaqqıltılarından xilas ola bilmədi. Fikri dağıldısa da, tezcə toparlanıb mümkün sakitlikdə digər həndəsi fiqurlar haqqında ayrı-ayrılıqda fikirləşməyə başladı…

Düzbucaqlarla kvadratları, üçbucaqlarla konusları müqayisə eləyib tərəflərin həcmini bir-birinin üstünə gəldi. Sonra öz yataq otağını təsəvvüründə gah silindr, gah konus, gah da kürə şəklinə salıb, içindəki əşyaların yerlərini dəyiş-düyüş elədi və yoruldu.

Sol böyrü üstə çönüb yarım saat da belə uzandı.

Divarın o üzündəki qonşunun hikkəsi makinanın axırına çıxmaq üzrəydi… Üzünü heç cür yadına sala bilmədiyi qonşu, makinanın düymələrini var gücüylə elə döyəcləyirdi, elə bil kağıza sözləri yox, barmaqlarının qanını köçürmək istəyirdi. Bir qədərdən sonra makinanın səsi bir az da artdı. Və o təsəvvüründə canlandırdığı arıq, əsəbi qonşunun makinada dördəlli yazdığını, iki əlinə iki ayağını da əlavə edib havalandığını anladı. Fısıldayıb yorğanı üstündən atdı. Bu səsdə uzanmaq, nə haqdasa fikirləşmək baş tutan məsələ deyildi. Gərək indi ayağa qalxsın, dəhlizə çıxıb hamama sarı addımlasın, orda əlüzyuyanın qabağında dayanıb, sabunu əllərinin arasında fırlada-fırlada yuyunsun…

Əllərini sabunlayanda əti ürpənirdi... Niyəsə ona elə gəlirdi ki, bu sürüşkənlik ovuclarının dərisindən yaranır. Bu zəhlətökən sürüşkənlikdən qurtulmaqdan ötrü bir dəfə bütün yuxunu əllərini o qədər sabunlamışdı ki, sabunun köpüyü aşıb daşa-daşa hər yeri bürümüşdü… və o bütün o ağlığın, o çəkisiz köpüyün içində itib-batmışdı...

İndi yenə həmin o yuxusunu xatırladı… Ayrı əlac yox idi. O, əllərini yuyub dəftər-kitabı qabağına tökməli, ötüb-keçənləri bir-bir yadına salmalıydı. Çünki imtahanlar lap burnunun ucundaydı.

Əslinə qalanda, bu haqda fikirləşməkdən də bezmişdi. Dünən də, srağagün də elə bil bu haqda fikirləşmişdi. Amma, sonra bir şey eləmişdi, ya eləməmişdi, yadına gəlmirdi.

Dirsəyini çarpayının başlığına dirəyib ufuldadı. Yuxudan oyandığı müddət ərzində sağa-sola çönməkdən başı gicəllənirdi, həm də, deyəsən, ağrıyırdı. Odu ki kürəyi üstə uzanıb əllərini qarnının üstündə çarpazladı və fikirləşdi ki, görəsən, üfüqi vəziyyətdə uzananda adamın bağırsaqları, öd kisəsi, mədəsi hansı vəziyyəti alır?.. Və həmin dəqiqə də  bu fikirdən ürəyi bulandı. Gərnəşə-gərnəşə fikirləşdi ki, axı niyə belə axmaq-axmaq şeylər barədə düşünür? Bekarçılıqdandı, nədəndi? Anası deyirdi ki, bekarçılıqdandı.

Balışı başının altında yastıladıb bir az da bekarçılıq haqqında fikirləşdi. Bekarçılıq əslinə qalanda, elə də pis bir şeyə oxşamırdı… İnsanın məhz bekar vaxtlarda özü barədə, yaşadığı dünya barədə dərindən-dərin fikirləşməyə macal tapdığını müəyyənləşdirib, rahatlandı. Sonra bunun nədən yarandığını, hansı insanların bekarçılığa daha çox meyilli olduğunu fikirləşdi, bununla bağlı müxtəlif variantlar aşkar etdi, nəticəsini yekunlaşdırıb əsnədi.

…Həyətdən zibil maşınının səsi eşidildi. Bir qədər sonra bir neçə kişi səsi bir-birinə qarışdı.

Qıçlarını qarnına yığıb fikirləşdi ki, olsun ki, zibilçilərdi. Nə haqdasa əsəbi-əsəbi mübahisə edirlər. Vəzifə bölgüsünü belə müəyyənləşdirirlər. Sonra aşağıda nə isə guruldadı və zibilçilər oynaq səslərlə bərkdən-bərkdən güldülər.

Fikirləşdi ki, həyatları zibil üfunətinin içində keçən bu adamlar hər gün belə əsəbiləşir, sonra gülüşürlər, zibil dolu çənləri maşının yük yerinə boşaldıb rahatlanırlar. Amma dərinə getsən, məlum olacaq ki, onların heç biri ömürlərində bircə dəfə belə olsun, onun kimi, beləcə yatağında uzanıb heç hara tələsmədən, dərin xəyallara dala-dala, özləri barədə, yaxud, ümumiyyətlə, doğulub yaşadıqları bu dünya barədə fikirləşməyiblər.

…Qapının kilidinə açar saldılar və çox keçmədi ki, dəhliz anasının ağır fısıltısıyla dolu bir hərəkətə gəldi. Anası, yəqin ki, bazardan gəlirdi. Və yəqin ki, hər iki əli də dolu idi...

Anasının hər iki əli, həqiqətən, dolu idi. Bunu o, otağının dəhlizə açılan yarıaralı qapısından gördü. Anası mer-meyvə və tərəvəz dolu zənbillərin ağırlığından oyan-buyana əyilə-əyilə qapının qabağından ötüb mətbəxə getdi.

Gözünün ucuyla dəhlizdən ötüşən anasının əllərindəki zənbillərə baxmağıyla, hər iki zənbilin eyni çəkidə olduğunu gözəyarı təyin etdi. Burda elə bir çətinlik də yox idi. Bunun üçün anasının zənbilləri daşıdıqca tərəzi kimi enib-qalxsalar da bərabər səviyyəsini itirməyən çiyinlərinə baxmaq kifayət idi.

Anası zənbilləri mətbəxə apardı, bir müddət də orda taqqa-tuk sala-sala aldığı ərzağı yerləşdirməyə başladı. Sonra, deyəsən, özü də mətbəx stolunun arxasında əyləşib nəfəsini dərdi.

Anasının nəfəsinin gödəkliyindən, yoxsa tənha mətbəxin bir küncündə dinməz-söyləməz, sakitcə oturub qalmasından, ya səbəbini özü də anlamadığı nədənsə, ürəyi sıxıldı… anasına yazığı gəldi.

Fikirləşdi ki, bu dəqiqə anasının ondan da, özündən də, içlərini gündə-gündə doldurub mərtəbələri üzüyuxarı daşıdığı o bərabər çəkili zənbillərdən də zəhləsi gedir, yəqin... Fikirləşdi ki, əslində, bazara o getməliydi, yaxud heç olmasa, qapının açıldığını hiss eləyən kimi, ayağa qalxıb zənbilləri anasının əlindən almalıydı… Bax onda, yəqin ki, anası nəfəsini belə dərməzdi və nə ona, nə də özünə bu qədər nifrət eləməzdi. Sonra da fikirləşdi ki, ayağa qalxıb zənbilləri anasının əlindən alsaydı, anası kinayə dolu gözlərini onun üzünə zilləyib:

– Xeyir ola?!.. Gün hayandan çıxıb belə?.. – deyib onu utandıracaqdı… O isə utanmaqdan da bezmişdi… Odu ki, bir tərəfdən baxanda, elə yaxşı ki, gözə görünmədi. Bir də anası onu alt tuman-köynəyində görsəydi, lap əsəbiləşəcəkdi, onun hələ də yataqda uzandığının əyani şahidi olub təzyiqi qalxacaqdı... Sonra ağlına gələn növbəti fikirdən ürəyinin tez-tez döyündüyünü hiss etdi.

Axı niyə o, bu kağız iyi verən yorğan-döşəyindən əl çəkə bilmir?.. Niyə bütün normal adamlar kimi yuxudan səhərlər ayılıb bazara getmir?.. Niyə yol verir ki, evin iş-gücündən yorğun anası, üstəlik bazara da gedir, qışın soyuğunda, yayın istisində o növbədə, bu növbədə durub gözləyir, o boyda yükü əllərinə alıb ağırlığından əyilə-əyilə mərtəbələri qaldırır?.. Yox, belə olmaz, – ürək döyüntüləri getdikcə şiddətlənə-şiddətlənə fikirləşdi. – Sabahdan bazara özü gedəcək!.. Burda  çətin nə var axı?.. Bu da ali riyaziyyat deyil ki, başından tüstü çıxara?!..

Sonra bunu gözünün qabağına da gətirdi. Səhərin gözü açılmamış əllərində boş zənbillər, necə bazara yollanır… necə palçıqlı kartof-soğanla dolu piştaxtalara yaxınlaşıb zənbillərini doldurur… və elə həmin dəqiqə də yadına, nə vaxtsa, bir neçə il bundan əvvəl şeytanın qıçını sındırıb, bazara getməyi düşdü…

O gün, yadına gəlir, hava bomboz bozarmışdı… yoxsa, eləyəcəyi bazarlığın dəhşətindən gözləri qaralmışdı?.. Satıcı da hey deyinirdi. Əynindəki xalatı da deyinməkdən bozarmışdı, satdığı yumurtalar da… Həmin o küləkli gün, yadına gəlir, əvvəl əti, sonra yumurtanı alıb necə gəldi bir-birinin üstünə atmışdısa, havanın qəfil dəyişkənliyindən özünü itirib titrədə-titrədə evə götürülmüşdü. Yarısından çoxu sümüklü ətin altında qalıb əzilən yumurtaları görəndə, anası ona kədər içində elə baxmışdı, elə bil yumurtaların sınmağıyla, anasının tale oxunun səmti dəyişmişdi…

O gündən sonra, yadına gəlir, yağışa düşüb möhkəmcə islandığından, düz bir həftə öskürə-öskürə titrətmiş, gecələrsə vahiməli boz yuxular görmüşdü.

…Nəfəsini dərib fikirləşdi ki, olsun ki, anası həmin o gündən etibarən bazarlığın yükünün nə qədər də ağır olsa, bir düjün yumurta sınığını peşman halda zibil vedrəsinə boşaltmaqdan yüngül olduğunu anlamışdı…

…Əsnədi… Elə əsnədi ki, çənəsi şaqqıldadı. Elə bil anası daha onunla maraqlanmırdı. Evdə olub-olmadığı, çörək yeyib-yemədiyi anasının vecinə deyildi elə bil. Üzbəüz divarın aşağı hissəsinə yenicə düşən namnazik gün şüasına baxa-baxa fikirləşdi ki, bəlkə, o, anasının yadından çıxıb?.. Anası tamam unudub ki, onun bu adda, bu boy-buxunda, bu sir-sifətdə oğlu var?..

Qapının arasından anasının yorğun başı göründü... Anasının başı ona görə yorğun görünürdü ki, saçları alnına, bir az da qulaqlarının üstünə dağılmışdı. Başının üzünün yorğunluğundan başa düşdü ki, yox, anası onu unutmayıb. yaxşı da ki, unutmayıb.

Anası aralıqdan içəri boylanıb yorğun üzüylə ona yox, ondan bir qarış kənara baxa-baxa dedi ki, məktəbəiclasa gedir, axşam da dərsi var. Xörək bişirməyə vaxt tapmadı, özünə yumurtadan-zaddan bişirib yesin. Anası bir isə dedi, amma o, gərnəşdiyindən eşitmədi. Anası sözünü deyib çəkildi çox keçmədi ki, dəhlizin o başından çöl qapısının asta şıqqıltısı eşidildi. Qapı bağlanan kimi, üzbəüz divarda qaraqabaq, bığlı kişi kimi qaş-qabağını sallamış divar saatının çıqqıltıları eşidilməyə başladı.

Saatdan, ümumiyyətlə, zəhləsi gedirdi. Səbəbi bu idi ki, saatdan çox, kəfkirli divar şkafını andıran bu narahat cihaz günün iyirmi dörd saatı özünü ona göstərə-göstərə, fasiləsiz bir inadla çıqqıldayırdı, bircə dəqiqə susmadan, nəfəs dərmədən, işinə ara vermədən, dəli kimi işləyirdi. O, çıqqıldadıqca balaca əqrəbləri addımlayırdı. Bəzi vaxtlar isə, xüsusən səhərlərbu bığlıdostu”, çarpayısının dirəndiyi divarın o üzündəki “əsəbi” qonşunun makinasıyla mübahisəyə girirdi. Bu deyirdi: “çıq-çıq”. O biri deyirdi: “çırıq-çıq”. Axır vaxtlar isə saatla bir otaqda özünü pis hiss eləyirdi – bunu təzə tutmuşdu. Çünki bu sırtıq qurğunun bütün günü rəqəmlərini ona zilləyib, kəfkirini yelləyib nırçıldadığını dəfələrlə anlamışdı. Özünü eşitməzliyə vursa da, yerində qurcalanıb üzünü divara, arxasını saata çevirsə , qulaqbalışını qulağına basıb özünü yuxuya verməyə çalışsa da, saatın yenə otağın ha tərəfindənsə ona zillənib kəfkirini yelləyə-yelləyə “nırçıldadığını” duymuşdu.

Anasından çəkinməsəydi, bu yekəxana cihazı divardan açıb, həyətə düşmədən, eyvana çıxıb ordan düz həyətin ortasına vızıldadardı...

Neçə dəfə anasına da demişdi. Demişdi ki, saatın çıqqıltıları ona fikrini toplamağa, kitab oxumağa, yatmağa mane olur, onu bu divardan çıxarıb ayrı bir yerdən assın. Anası isə onun sözlərinə laqeyd bir dinməzliklə qulaq asır, başını yelləyibyaxşıdeyir, saatı isə yerindən tərpətmirdi ki, tərpətmirdi.

Anası, ümumiyyətlə, ondan bezmişdifikirləşdi. – Allahın bu saatına da, ondan çox diqqət ayırırdı. Onu vaxtlı-vaxtında qururdu, tozunu alıb şüşəsini parıldadırdı. Anası, elə bil saatla hesablaşırdı, bütün gününü onun əqrəblərinin duruşuna uyğun qururdu. Saat kəfkirini hərəkətə gətirib altı dəfə vuranda anası yatağından qalxırdı, yeddi dəfə vuranda evdən çıxıb işə gedirdi, üç dəfə vuranda işdən evə qayıdırdıSaat işləyirdi, anası işləyirdi, – anası işləyirdi, saat işləyirdi. Anası yuxuya qalanda saat danqıldayıb onu oyadırdı. Saat yatanda anası onu işə salırdı. Elə bil ikisi bir idarənin işçiləri idilər.

Bəzən ona elə gəlirdi ki, anası saatı ondan çox istəyir. Ən çox, bəlkə də, elə buna görə saatı görməyə gözü yox idi. Ondan heyfini almaq üçün acığa, bir dəfə qədər özünü öldürüb zəngini vurmuşdusa da, bilərəkdən ayağa qalxıb dərsə getməmişdi.

Qarnı quruldadı. Fikirləşdi ki, gərək ayağa qalxıb mətbəxə keçsin, orda yaxşı-yaxşı yesin ki, sonra bir bu məsələyə qayıtmalı olmasın. Bu barədə daha isə fikirləşdisə ,  fikirləşdiyi həmin dəqiqə toz dumanı kimi hayanasa çəkilib yadından çıxdı. İçini çəkib yenə tavana baxmağa başladı.

Hava qaraldıqca tavan boyu sıralanandağlar”, “dərələr” daha vahiməli görünürdülər... Buralar həm haralarısa xatırladırdı... Ağappaq, cansız dağlar, dağların yanı ilə sıralanan zil qara kölgələri, qaranlıq dərələrHava qaraldıqca kölgələr böyüyür, “dərələr” getdikcə dərinləşirdi, yadına düşdü… “Amerika” jurnalının son sayında üz qabığında gördüyü Ayın böyüdülmüş fotoşəkli... Eynilə belə, qabarıq yerlərin bir tərəfiolsun ki, gün düşən tərəfi , o biri tərəfi qatı qaranlıq kölgəSonra fikirləşdi ki, əgər bu tavanın şəklini bax burdan, beləcə çəkib yekəltsə, Ayın səthinə oxşayar?..

Ovuclarını binokl əvəzi yumrulayıb, tavanın yağışlardan qabarmış kələ-kötür hissəsinə baxmağa başladı.

, oxşayır

Bütün gecəni ayaqlarının altında xəz soba kimi isinə-isinə yatan pişik əsnəyib əl-qolunu dartışdırdı, pəncələri üstə qalxıb belini yay kimi əyə-əyə gərnəşib arxa pəncələri üstə oturdu, qızılı gözlərini ona zillədi. Bir müddət beləcə oturduğu yerdə yuxunun keyliyindən ləngərlədi, sonra yenidən yumrulandı, başını qarnının içində gizləyib, deyəsən, yuxuya getdi.

Sara belə yumrulananda onu , xəz papağa oxşadırdı – başına qoymağı gəlirdi... Saranı başına qoymağıyla, başı da yumşalacaqdı, isinib içində ötən illərdən qalan artıq-urtuq dərs mətnlərini sairəni yoxa çıxaracaqdıBir pişik beləcə yumrulanıb yatanda onu da yuxu tuturdu. O da başını qarnına soxub yumrulanmaq, ayılmadan, ayağa qalxmadan, bu isti yumşaqlığın içində əriyənəcən, yatmaq istəyirdi...

Pişiyin nəfəsinin ritmi ilə, aramla qalxıb-enən kürəyinə baxa-baxa fikirləşdi ki, axı niyə adamlar bu ali məxluqlar kimi müdrik səbirli deyillər?.. Daim harasa tələsir, isə eləməyə can atırlarAxı onsuz da hər şeyin axırı elə yataqdı. Qocalığın da, xəstəliyin

Sonra gözünün qabağına zarıya-zarıya yataqda can verən baba-nənələri, böyük xalaları əmiləri gəldibədənində üşütməyə bənzər qəribə bir soyuqluq gəzdi

Qalxıb ayaqlarını gecənin soyuğundan buzlamış başmaqların içinə saldı, titrədə-titrədə mətbəxə qaçdı.

Pilətənin üstündəki qazanlar boş idiOlsun ki, xörək bişirməyə isə çatmamışdı anası təzədən bazara qayıtmışdı.

O biri qazanların da qapaqlarını qaldırıb baxdı. Sonra masanın üstündəki balaca çuxurun qapağını açdı. Dünənki bozbaşdan qalan ikicə noxud, çuxurun dibində iki sevgili kimi baş-başa verib ona zillənmişdilər...

Dəhlizə çıxıb vanna otağına yollandıhər gün ürəyi bulana-bulana, yaşıl sabunları ovuclarının içində əritdiyi yerə. Amma isti vannada uzanmaqdan xoşu gəlirdi. Hər şeydən əvvəl ona görə ki, isti su onu qəribə bir doğmalıqla bağrına basıb bədəninin hər əzasını yumşaq-yumşaq sığallayırdı. Bir ona görə ki, suyla dolu vannada çəkisini itirirdi, özünü qəribə, qabarcıqvarı məxluq hiss eləyirdi... Belədə bütün vücudu, əzaları sinirləri ilə suyun yumşaqlığında əriyə-əriyə, mürgü içində fikirləşirdi ki, kaş şəhər akvarium olaydı... Hamı hər şey çəkisini itirib yüngül hava qabarcıqları kimi suyun üzündən asılı qalaydıOnda hamı bazara öz çəkisiz qabarcıq bədənləriylə, suyun üzüylə süzə-süzə gedərdiO isə anasını kürəyinə alıb işə, ordan bazara, ordan daha haralara aparardı...

Hamamın qapısı açılmadıQapının dəstəyindən ikiəlli yapışıb bu dəfə bərk itələdi.

Qapı yenə açılmadı. Bu demək idi?..

Qapı o biri üzdəniçəridən bağlı idi. Cəftə ilə.

Hiss elədi ki, başının tükləri biz-biz durdu.

Bu necə ola bilərdi?.. Evdə ki ondan savayı bir kəs yox idi?!. Hamama kim girə bilərdi axı?..

Qapını var gücü ilə, bu dəfə çiyniylə itələdi

Qapı yenə açılmadı. Qapını içəridən bağlamışdılar. O, öz yatağında uzanıb gic-gic xəyallara dalan vaxt kimsə, evin hansı dəliyindənsə içəri girib özünü hamama salmışdı... qapını o üzdən kilidləyib orda nəfəsini içinə qısa-qısa nəyisə gözləyirdi. Amma nəyi?.. 

Dəhşətdən gözləri qaraldı

Əgər qapının o üzündəki oğru idisə, ora nədən ötrü girmişdi, nəyi gözləyirdi?.. Yox, əgər oğru deyildisə

Bu fikirdən bir anın içində bədəninə soyuq tər gəldi. Qapının dəstəyindən yapışıb var gücüylə silkələyə-silkələyə, bütün vücudu bir qapıyla titrəyə-titrəyə:

Kimsən orda?.. E..ey!!! – deyə qışqırdısa da, qapının o üzündən cavab gəlmədi...

Qulağını qapıya dirəyib içəriyə diqqət kəsildi.

İçəridə kimsə tövşüyürdüYoxsa bu, ona elə gəlirdi?..

Sonra elə bil səs kəsildi.

Çiynini qapıya dirəyib bir var gücü ilə itələmək istədisə , dayandı. Fikirləşdi ki, bəlkə, içəridəki silahlıdı, bəlkə, əyninə şalvar keçirib artırmaya çıxsın, qonşuların qapısını döyüb köməyə çağırsın?.. Həmin dəqiqə ağlına o da gəldi ki, evdən çıxdığını hiss edən o naməlum kəs hamamdan çıxıb bu dəfə mənzilin qapısını bağlayar. Olsun ki, hamamda gizlənməyinin mənası da elə budu

Bu fikirlə qapını bir bu dəfə bütün bədəniylə itələdi.

O tərəfdən qapıya möhkəm dirənmişdilər. Özü də, deyəsən, içəridəkinin çiyni heç onunkundan zəif deyildi. Sonra elə bil o biri otaqda kimsə öskürdü...

İçini çəkib hamamın qapısına sıxıldı. Bir anın içində ona elə gəldi ki, bütün otaqlar, elə dəhliz adamla doludu

Dizləri boşaldı... mədəsində elə bil isə qırılıb isti-isti axdıBu məqam evin bütün su boruları guruldadı

Nəfəsini qısıb ehmal addımlarla öskürək səsi gələn səmtə sarı yeridi. Qonaq otağının qapısını açıb ehtiyatla içəri boylandıSağ tərəfdə bığıburma bir kişi divara qısılıb ona baxırdıBeynində çaxan ani reflekslə yumruğunu kişinin üzünə ilişdirdi... Əli şüşəyəbənzər nəyisə dağıdıb  kəsildiİşığı yandırdı. Qonaq otağının küncündəki adamboylu qədim saatın şüşəsini sındırmışdı... Əlinin yarasını o biri ovcuna sıxıb küncdən əzilmiş üzüylə ona zillənən saata baxdıBir istədi yerə dağılan şüşələri ovcuna yığıb mətbəxə apara, hamamdakı yadına düşdü deyə, tələsik dəhlizə qayıtdı.

Hamamın qapısı bayaqkı vəziyyətdə idi

Qapıyla üzbəüz dayanıb nəfəsini dərdi. Bayaqkı zərbədən sonra elə bil qorxusu keçmişdi.

fikirləşdisə, mətbəxə keçib ət baltasını götürdü, dəstəyini salamat ovcunda möhkəm-möhkəm sıxa-sıxa, qapının qabağına qayıtdı, bir an belə fikirləşmədən, baltanı var gücü ilə qapının dəstəyinə necə vurdusa, qapı elə bil cırıldı... o, baltaqarışıq hamamın içinə yıxıldı... Dizləri vannanın iti künclərinə dəyib əzildi, balta əlindən sıçrayıb divardan asılmış güzgüyə dəydi, güzgünü zədələyib çatlatdı

Bir müddət hamamın soyuq döşəməsində oturub, baş verdiyini anlamağa çalışdı

İçəridə heç kəs yox idiBəs baş vermişdi?..

Ayağa qalxıb qapını örtmək istədi, örtə bilmədi. Əyilib, nədi bilməyən nazik barmaqlarını qapının altına saldı. Qapının altına ilişib, onu açılıb-örtülməyə qoymayan balaca taxta parçasını çıxardıb bir kənara vızıldatdı, vannanın qırağına əyləşib dizlərinə dirsəkləndi.

Bu demək idi?.. Dəli olurdu, yoxsa?.. Gözünü açandan, gündə, bəlkə, yüz dəfə gördüyü adi əşyalar bu hoqqa idi çıxarırdılar?..

Qalxıb qapının sınmış cəftəsinə, güzgünün çatına, dizlərinin yarasına baxdıhamamdan çıxıb başmaqlarını sürütləyə-sürütləyə qonaq otağına getdi, ordaəngini əzdiyi” qədim saata baxdı bilmədi gülsün, ya ağlasın.

Yaralı əlini qoynuna basıb otağına qayıtdı, yatağına uzandı.

Başını balışın altına soxub fikirləşirdi ki, indi anası işdən gəlib saatı da, hamamın sınıq cəftəsini, çatlamış güzgünü görəcək, hirslənəcək, deyinəcək

Başını balışın altından çıxarıb pəncərəyə baxdı. Hava qaralırdı. Bir azdan yatmaq lazım gələcəkdiOnunsa yuxusu gəlmirdi

Qapıya açar salındıAnası idi, işdən qayıdırdı. Qapı çırpıldı dəhlizin işığı yandı. Anası alıb gətirdiyi bazarlığın cığaralarını xışıldada-xışıldada mətbəxə keçdi, orda öskürdü. Sonra onun otağının qabağından keçib hamama girdi. Pəncərənin şüşəsindən anasının ancaq kürəyini görə bildi kürəyinin əzələlərindən bildi ki, anası möhkəm yorulub.

Anası hamamda əl-üzünü yuyub, səssiz-səmirsiz otağına getdi. Deyəsən, güzgüdəki çapığı gördü, qapının sınmış cəftəsini

Qalxıb oturdu. Dizləri göynəyirdi.

Fikirləşdi ki, bu həyatdı yaşayır?.. Niyə hamı kimi yaşaya bilmir?.. Hamı işləyəndə o yatır, hamı yatanda o tavana baxır? Bu gündü, özünü salıb?..

Bunu fikirləşib bir istədi, anasının otağına keçib, bayaq başına gələnləri ona danışa. Deyə ki, onu çox istəyir. Bəlkə də, ona görə bu gün heç vaxt ağlına belə gətirmədiyiqəhrəmanlıqlargöstərib, əlini kəsib, dizlərini əzibSonra fikirləşdi ki, birdən anası inanmadı? Ya da gülməyi tutdu ki, evdə öz-özünə daş-divarla vuruşur?.. Axı, doğrudan, gülməliydi?!..

Sonra qəfildən öz-özünə vahimələndi. Fikirləşdi ki, bəlkə, başına hava gəlib, dəli olub?!..

Ayağa qalxıb ehmal addımlarla dəhlizə çıxdı, orda işığı yandırmadan divar güzgüsünün qabağında dayanıb, gözlərinin ağına, bəbəklərinin rənginə baxdı.

Hər şey öz qaydasındaydı

Həmin ehtiyatla anasının otağına sarı yeridi, qapını açıb əvvəl başını, sonra bədənini içəri saldı gördüyü mənzərədən donub-qaldı...

Anası yatmışdıBaşını çarpayının taxtasına söykəyib kəsik-kəsik xoruldayır­dı...

Boğazını qəhər tutduAnasını heç vaxt belə gücsüz, belə zəif görməmişdiHeç vaxt ağlına belə gətirməzdi ki, anası da yorula bilər, beləcə balaca uşaq kimi, oturduğu yerdə yuxulaya bilər

Anası əllərini dizlərinin üstünə qoyub yatmışdıSağ əli, indicə ayağından çıxardığı corabı bərk-bərk sıxmışdı. Anasının əllərinin dərisi quruyub qırış bağlamışdı, ağır yüklər daşımaqdan, qab-qaşıq, paltar yumaqdan, barmaqlarının içi xırda döyənəklərlə dolu idi

Bir müddət qapının ağzında dura-dura, anasının yatmağına tamaşa elədi. Anasının bu yatmağında onun, anlaya bilmədiyi isə, qeyri-adi bir məna vardı... Amma ha fikirləşdisə , o mənanı anlaya bilmədi

Anasının ayaqları altında çömbəlib, ona altdan-yuxarı baxdı. Burdan baxanda, anası orta əsrlərin qədim heykəllərinə oxşayırdı...

Başını ehmalca anasının ayaqlarına söykəyib qaldı çox keçmədi ki, eləcə oturduğu yerdə yuxuladı

                                                                                                                   1977