QƏSSABLIQ FƏSADLARI

Bu yaxınlarda köhnə bir tanışımızın – tələbəlik illəri gecələr universitetin axşam şöbəsində, gündüzləri atasız qalmış bir bölük bacı-qardaşına çörək pulu çıxardığı çirkli ət dükanında keçən, səhər-axşam quzu şaqqalamaqdan sol əlinin baş barmağını baltalayıb yoxa çıxaran, bacı-qardaşları böyüdükcə, onları yerbəyer eləyib işini genişləndirən, dükanlar, restoranlar şəbəkəsi yarada-yarada, saç-saqqalını ağardıb, varlanıb imkanlı bosa çevrilsə də, quzu şaqqalamaq nisgili canından çıxmayan saf, kövrək qəlbli bir iş adamının evində qonaq olduğum bir axşam, neçə vaxtdan bəri görmədiyim üç oğlunun – artıq boya-başa çatmış institut tələbələrinin, ağız-burunları, gözləri, şaqqalanmaq qorxusundan səyriyən quzulara oxşadığından heyrətə gəldim…