MÜLK VƏ MƏLƏKÜT

                          MÜLK VƏ MƏLƏKÜT

 

     Məni qəribə, anlaşılmaz sevgilərlə sevən, nə əsərlərimi, nə dediklərimi anlamadıqlarını səmimiyyətlə boyunlarına alsalar da, küçələr boyu mənimlə dinməz-söyləməz, yanaşı addımlamaqdan zövq duyan, üzümü sezməsələr belə, arxadan-arxaya səsimdən tanıyan, tanıyıb, titrədib uşaq kimi ağlayan insanların bu halı yadıma böyük sufi Əziz-əd-din Nəsəfinin sirlər dolu bir kəlamını salır:

    Mülk- Mələkütə aşiqdi…

 



Mülk dünyası - maddi məkan, hisslərlə qavranılan bədənlər dünyası. İnsanların realizə olunduğu dünya.

Mələküt dünyası - ilahi məkan, qeyri - maddi obyektlər və arxietiplər dünyası.