ÖLÜM QORXUSU

 

    Ölüm barədə fikirləşəndə, təsadüfən düşdüyüm çox da rahat olmayan mənzilin qapısından, pəncərəsindən yox, döşəməsinin altından keçən darısqal yollarla sürünə-sürünə, ürəyim partlayıb ağzıma gələ-gələ, sivrilib, harasa, daha qaranlıq və havasız dərinliyə getməyin məhkumluğunu hiss edirəm.