BU DÜNYANIN SİRLƏRİNDƏN

Bir qoca tanıyırdım ki, ömrü uzunu ailəsinə, qohum-əqrəbasına zülm və haqsızlıqlar edə-edə, əclaflıqlar və murdarlıqlar bataqlığında üzə-üzə, uzun-uzadı, xəstəliksiz, ehtiyacsız, rahat bir ömür yaşadı. Öləndə isə o qədər incəlib gözəlləşdi ki, çönüb on altı yaşında gənc, məsum oğlana bənzədi və həmin o bakirə üzü ilə də bu dünyanı tərk etdi.