İSTİ VƏ İLAHİYYAT

Bu yayın dözülməz bürkülərində anladığım həqiqətlərdən biri də bu oldu ki, isti ölkələrdə realist ədəbiyyatın yoxluğunun səbəbi - istinin insan şüurunun bütün ayıq nöqtələrini sıradan çıxarmasıdır.

 

Bir də bunu anladım ki, insan İlahiyyatı müəyyən temperaturdan sonra anlamağa başlayır. Bu günəcən yazılmış dini kitabların, məhz isti ölkələrdə yaranmasını da bura əlavə etsək, daha möhtəşəm Sirrin astanasına çatdığımızı dərk edərik.