TOZLU QONAQLAR

Qonaqların bir növü də var ki, onlar, sən imkan versən də, verməsən də, sizə gəlirlər, evinə daxil olub, ləng böcək hərəkətləriylə bir otaqdan o birinə keçir, divarlara dırmaşıb tavandan asılır, sənə və uşaqlarına oralardan baxırlar. Belə qonaqlar çıxıb gedəndən sonra uzun müddət tavanda, divarlarda onların tozu qalır.