TİTRƏTMƏ

Bu bayram ziyarətə getdiyim qəbiristanlıqda, qəfildən başdaşılara həkk olunmuş üzlərin hamısı mənə tanış gəldi. İllər uzunu haralardasa rastlaşdığım, görüb tanıdığım əsəbi, arıq kişilər, çənəsi xallı, mehriban qadınlar, həyat eşqi üzlərində donmuş məsum qızlar, peşman üzlü, yorğun qarılar… Atama anama, uşaqlarıma, ərimə oxşayan mərhumlar…

Bircə öz üzümü tapa bilmədım bu üzlər arasında.