GÜNLƏRİN BİR GÜNÜ…

 

 

Günlərin bir günü dilini, xislətini anlamağa çalışsam da anlaya bilmədiyim, darısqallıqlar dolu yadlıqlarında darıxıb üzüldüyüm insan kütlələrindən qaçıb, qurtulub, gizləndiyim ən məhrəm sığınacağım olan övladlarımın da, dilini, xislətini heç cür anlaya bilmədiyim həmin o kütlədən olduğunu anladım.