DUALAR BARƏDƏ

Özünü, ömrünü oda-közə vurub, «topdağıtmaz» varidat toplamış, yaşı yetmişi adlayanda hacılıq eşqiylə Kərbəla ziyarətinə yollanmış, orda canı naməlum ilahi qorxulardan titrədikcə, duaların vacibliyini anlamış möhtərəm bir hacıya dualar barədə Allahın bir kəlamını xatırlatmalı oldum:

«Oxuduğunuz dualar Mənim üçün deyil. Qəlblərinizi qoruyun».