HADİSƏLƏR KÜLƏYİ

 

 

       Gün-gündən sürətlənən vaxt axarı içrə, gecəylə gündüz qapatmaları arasında vurnuxduqca yaddaşlarını, niyyət və arzularını itirib çaşqınlığa düşən insanların halını və vaxtın sürətinə məhəl qoymadan, təmkinini pozmadan, öz əvvəlki ritmi ilə işləyən saat mexanizmlərinin sabit hərəkətini müşahidə etdikcə, bir daha Zamanın əbədi və dəyişməz olduğunu, insanları cənginə alıb, bu sabit və sakit Ərazinin kənarından ötüşənin isə - Hadisələr Küləyi olduğunu anlayırsan…