PAYIZ ETÜDÜ

Bozumtul, küləkli bir payız səhəri evdən çıxıb işə yollandığım yerdə rastıma çıxan siçovul ölüsü – yolun ortasında maşın çarxları altında taptanmaqdan yapıxıb, bozarıb köhnə kişi çəkməsi tayını andıran balaca qaxac yadıma, yaşam uğrunda mübarizələrdə əzilib, tapdanıb, məhv olmuş ruhlarıyla nəyinsə qabığına, ya qutusuna çevrilən bir sıra köhnə tanışlarımı saldı.