İNTİHAR

Sakit, səssiz gecələrin birində, qaranlıq yataq otağının kitab dolu rəflərinin birindən sıçrayıb şarappıltıyla yerə düşən nəyinsə səsinə dik atılıb yerimin içində oturdum… İşığı yandıranda bunun, Vaqif Bayatlının «Yupyumru bir eşq ilə» kitabı olduğunu anlayıb heyrətə gəldim. Rəfdə gərgələnən yüzlərlə kitabın arasndan özünü, çoxmərtəbəli binanın ən uca mərtəbəsindən atan kimi döşəməyə atan kitabı əlimə alıb yerinə qoymaq isətədimsə də, tez fikrimi dəyişdim və onu yaxınlığıma - dolabçamın üstünə qoydum.