ÇEVRİLMƏ

Son vaxtlar ən dadlı təamların belə, ağzımda karton tamı verməsi, barmaqlarımın alov istisini, bıçaq itiliyini hiss etməməsi, hamının rahat, isti yatağında uyuduğu soyuq qış sübhləri yalquzaq küləklərin və küçə itlərinin ulaşdığı kimsəsiz, qaranlıq çöllərə anlaşılmaz məhrəmliklə qərq olmağım və daha nələr və nələr, hansısa yeni növ həyat yolunun başlanğıcından xəbər verir.