FİKİR İLĞIMI

Elə duyğular var ki, onlar daim balaca ilğımlar kimi ətrafımda dolaşır, arada bir zərif meh axıntısıyla üstümə axıb yanağıma toxunur, yüngül toz dənəcikləri kimi başımın, qulağımın yaxınlığında üzür, əlimin, ya başımın xırda tərpənişindən titrəyib yüngül, dalğavari rəqslərlə havaya dağılırlar...