ƏDƏBİYYAT OYUN

 

    Ədəbiyyat, əslində bir oyundu. Yazıçı, demək istədiyini, başına gələnləri yaxın adamına danışan kimi, qısaca yaza bilər. Amma o belə eləmir. Demək istədiklərinə min bir bəzək qatıb oxucunu, bəzən özünü də çaşdıra-çaşdıra uzun-uzadı, dolama-dolayısı yollarla gedir... Yazıçının, özünü bu çətinliyə salmağının səbəbi nədi?.. Ədəbiyyatın zəngin mətbəx ənənələrindən xəbərsiz oxucunun beynini dumanlandırıb qəlbini fəth etmək arzusudu bəlkə?.. Bu mənada, şairlər nasirlərdən daha təhlükəsizdirlər. Onlar demək istədiklərini qısa sətirlərlə çatdırırlar. Nasirlər arasında da belələri var: Çexov və Kafka.