NARINCI HÖRÜMÇƏK

Srağagün yuxuda balışımın üstüylə büdrəyə-büdrəyə harasa aşağı qaçan axsaq, narıncı hörümçəyi bu səhər idman elədiyim otağın divarıyla, harasa üzüyuxarı qaçan gördüm. Otağın divarında azmış kimi, dövrə vuran balaca hörümçək büdrəyə-büdrəyə, elə bil çaşıb çıxdığı yuxunun girəcəyini axtarırdı.