DUYĞU DƏHLİZLƏRİ

Ulduzdan-ulduza uzanan milyonlarla km. işıq ili yolunu göz qırpımında qət etmək imkanı yaradan sirli kainat dəhlizləri ilə insan duyğuları arasında müəyyən oxşarlıqlar var. Bu, insanın ən nəhəng dünya kitabxanalarında, elmi tədqiqatlarda və kəşflərdə yatan həqiqətlərə öz duyğu dəhlizlərinin köməyi ilə göz qırpımında çatmaq qabiliyyətidir.