HƏYAT MARŞRUTU

Dünya o qədər çoxlaylı, çoxhücrəli, çoxsərhədli və çoxrənglidi ki, bütün bu çoxluqların və müxtəlifliklərin içində başını itirib hər toxumanla bir yana dağılmamaqdan ötrü özünə həyat marşrutu müəyyənləşdirməlisən ki, radio dalğaları pozuntusunu andıran bu qarmaqarışığın içində azmayasan.