ELEKTRİK QOHUMLUĞU

Son vaxtlar fəndgir elektrik cihazlarının mənimlə əcaib şəkildə sirli əlaqələr yaratması - televizorun beynimdən keçən suallara həmin dəqiqə qadın, yaxud kişi səsiylə cavab verməsi, işığın, dedyim sözə etriaz, yaxud təsdiq əlaməti kimi, sönməsi, yaxud göz vurması, paltaryuyanın ərimin paltarlarını yumaqdan imtina edib, onları mənə əllə yudurtması və sair və ilaxır, bu cihazların mənə müxalif olan, hansısa gizli qüvvələrlə əlaqədə olduğuna şübhə yaradır.