ƏDƏBİ TAUN

Ötən həftə Natiqlə birlikdə oxumalı olduğumuz bəlağətli ifadələr, mübaliğələr və epitetlər dolu eybəcər mətndən hər ikimizin halının birdən-birə dəyişməsi - Natiqin gözlərinin yığılıb, nəfəsinin, indicə kəsiləcək kimi, təngiməsi, mənimsə, qızdırmalı üşütməylə titrətməyəim, adi çap şriftləriylə yığılmış bu materialın vəba, yatalaq xəstəliyi viruslarından daha təhlükəli viruslarla – ruhi mikroblarla qaynaşdığından xəbər verdi.