KÜLƏYİN HİKMƏTİ

Bu səhər mətbəx pəncərəsindən görünən nəhəng tut ağacının, budaqlarını hərəkətə gətirib sirli yırğalanmalarla tərpətməsindən ürəyim düşdü. Bayaqdan bura cansız hərəkətsizlikdə donmuş budaqları qəfildən hərəkətə gətirib yırğalandıranın bu dəfə, uzaq məktəb illərində coğrafiya kitablarından oxuyub öyrəndiyimiz hava kütləsi yox, ölüləri torpağın altında hərəkətə gətirib ayağa qaldıran həmin sirli Axıntı olduğunu anladım.