QORXUNC UYARLIQ

Vaxtı ilə ədəbiyyat müstəvisində külüng çala-çala, qalın-qalın romanlar yazan, yüksək vəzifələrdə çalışıb fəxri kürsülərdən "aktual" məsələlər qaldıran, zaman öğdükcə, qocalıb, zəifləyib heysizləşib gözünün nurunu, dizlərinin taqətini itirən, günü həyətin gözdən-könüldən uzaq, sakit guşələrində xəstə tülkü mürgüsündə uyumaqda keçən qonşumuzu - ağsaqqal yazıçını seyr etdikcə, oxşar aktivliklə bütün fəxri adlara, orden və medallara layiq görülən, bütün bu aktivlik və canfəşanlıq zəmnində yaşı əllini haqlamamış həyatəhəmiyyətli orqanlarını zədələyib sıradan çıxaran digər qurbanı – tanınmış el şairini xatırlayıram.