QUS MÜƏLLİM

Hind okeanının qaranlıq dərinliklərində qalxanvarı bədəni, qırçınlı dodaqlarının arasında ustalıqla gizlədiyi qılınc dişləri, üzgəcdən çox, balıq torlarını andıran qırmağabənzər ətraflarıyla qumun üzərinə yata-yata, qəfil usta fəndlərlə ələ keçirib udduğu xırda balıq sürülərinin pusqusunda yaşayan nəhəng dəniz filinin şəklini lupayla nəzərdən keçirdikcə, nədənsə, ömrünü milli ədəbiyyatın çiçəklənməsi uğrunda mücadilələrə, cild-cild elmi, bədii əsərlərə həsr etmiş, bu yolda ölkənin bütün mövcud fəxri adlarına və təltiflərinə layiq görülmüş hörmətli Qus müəllimi xatırlayırdım.