İLAHİ SİRRLƏRDƏN
Müqəddəs Quranın, insanın canüstü əzablarını yüngülləşdirən “Naziət” sürəsinin Qiyamət Günündən bəhs edən: “Ey peyğəmbər, səndən Qiyamətin nə zaman baş tutacağını soruşacaqlar. De ki, Rəbbinin yanındadı Onun sonu. De ki, Onu görüncə elə xəyal edərlər ki, bu dünyada bir axşam, ya bir səhərdən çox qalmamışlar...” ayəsini oxuduqca, insanları, dağları, dənizləri məhvərindən çıxarıb havaya sovuracaq möhtəşəm Axirət qasırğasının irəlidə yox, hər zaman hardasa, lap yaxınlıqda – lay-lay üst-üstə qalanan sirli zaman ərazilərinin hansı birindəsə cövlan etdiyini duyuram.