YAZIÇI PEŞƏSİ

İllər ötdükcə yazıçılıq peşəsinin, hər an üstünə qaynar qalxanlar və dəbilqələrlə hücuma keçən amansız Həyat qoşunu ilə döyüşlərdə sudan, qurudan, havadan ötürülən həmlələri dəf edib, yıxılıb, yaralanıb, palçıqlı səngərlərlə sürünə-sürünə, qumbara partlayışları, güllə dolusu altında imkan tapıb yaralı əllərinlə cib dəftərçənə qeydlər edə-edə, hey ha tərəfəsə irəliləməkdən ibarət, əzablı peşə olduğunu anlayırsan.