YUXU ƏRAZİSİNİN SİRRLƏRİNDƏN

Bu gecə bütün yuxunu, dünasını dəyişib torpağa tapşırılsa da, çərçivəsi bilinməyən ekranabənzər uca məchulluqdan öz qəmli həyat hekayətini danışa-danışa ürəyimi kövrəldən ahıl yaşlı bir kişinin arvadını - dəyirmi üzlü, başı kəlağayılı, göyçək kənd qadınını anlaşılmaz günahkarlıqla ovutmağa çalışsam da, səhər yuxudan ayılanda bu adamların kim olduğunu, bütün gecəni canımda duyduğum hansı günahın sahibi olduğumu müəyyən edə bilmədim.