TƏNHALIQ
Əgər siz özünüzü ailənizə, uşaqlarınıza, yaxud dostlarınıza görə tənha saymırsınızsa, səhv edirsiniz. O ailədən və dostlardan məndə də var. Fərqimiz budu ki, siz bu barədə dərindən düşünmürsüz, həqiqətin astar üzünə baxmaq istəmirsiniz. Bu, bir qədər qorxuludur, bilirəm. Özünüzü tənha hiss etdiyiniz məqamlar bu qaranlıq fikirləri özünüzdən qovursunuz. Mənsə onları qovmuram. Əksinə, izinə düşüb ardınca gedirəm. Arxeoloqlar kimi. Və getdikcə anlayıram ki, bəli, həqiqət budu ki, tamam təklik, yalqızlıq. Bu, Günəşlə Ayın növbələnməsi qədər təbii, həm də sirli həqiqətdir. Əslində, mən o həqiqətə lap çoxdan catmışam və dediyim daxili əzablar həmin o yolun başlanğıcında olub. Bunu xoşbəxtlik də hesab etmirəm. Hər halda bu, bədbəxtlik də deyil. Bəli, dərindən düşünəndə, bu dünyada nə seviniləsi, və nə kədərləniləsi bir şey yoxdu.