ƏDƏBİYYAT OYUNU

 

        Ədəbiyyat, əslində oyundu. Yazıçı, demək istədiyini, başına gələnləri yaxın adamına danışan kimi, qısaca yaza bilər. Amma o belə eləmir. Demək istədiklərinə min bir bəzək qatıb oxucunu, bəzən özünü də çaşdıra-çaşdıra uzun-uzadı, dolama-dolayısı yollarla gedir. Yazıçının, özünü bu çətinliyə salmasının səbəbi nədi? Ədəbiyyatın zəngin mətbəx ənənələrindən xəbərsiz oxucunun beynini dumanlandırıb qəlbini fəth etmək arzusu? Bu mənada, şairlər nasirlərdən daha təhlükəsizdirlər. Onlar demək istədiklərini daha qısa şəkildə çatdırırlar. Nasirlər arasında da belələri var: Çexov və Kafka.