ÖLÜM TƏƏSSÜRATLARI

Ölüm barədə fikirləşəndə, necəsə vaqe olduğun çox da rahat olmayan məkanın qapısından, pəncərəsindən yox, hardansa, döşəməsinin altından keçən kip, darısqal yollarla sürünə-sürünə, ürəyin partlayıb ağzına gələ-gələ, sivrilib, harasa, daha qaranlıq və havasız dərinliklərə getməyin məhkumluğunu hiss edirsən.