TALE HEYKƏLİ

Vyananın ruhu, Vyana duyumu barədə müəyyən təsəvvür əldə etməkdən ötrü, bir vaxtlar şəhərin mərkəzi küçələrindən birində yaşamış, yəhudi diskriminasiyası zamanı mənzilini gecə ilə tərk edib xaricə qaçmış, orada 32 yaşında faciəvi şəkildə həlak olmuş yəhudi şair Erix Fridin pəncərəsinə baxmaq kifayətdi. Şairin vəfatı günü mənzilində əkilmiş, illər ötdükcə, böyüyüb, qol-budaq atıb pəncərə şüşələrini dağıdaraq, dustaqxana nəfəsliyindən imdad diləyən insan qollarıyla küçəyə asılmış qocaman palıd şairin faciəvi, nakam taleyinin heykəli tək qaralmaqdadır.