CASUSUN ETİRAFI

Ətrafımda baş verənləri, yaxud baş vermədən, hələ həyata keçmək üzrə olanları, insanları, heyvanları, təbiəti və iqlimi, bir sözlə, gözümə sataşan və sataşmayan hər şeyi, gizli tapşırıq almıştək, məsul sayaqlıqla müşahidə etməyimlə özümü bu dünyaya, hansısa, ayrı dünyalardan atılmış casus hiss edirəm.