MÜDRİKLİYİN ASTANASINDA

Necəsə öz-özünə coşub həyəcanlandığın ən emosional məqamların apogeyində səni bu hala salanın nə olduğunu araşdırarkən, bu vəziyyətinin reallıqla heç bir əlaqəsi olmadığını anlayır, coşqunluğunu, qazın gücünü azaldan tək, tədricən azaldmalı olursan.