Afaq Məsudun yaradıcılığı Türkiyə universitetində

Türkiyənin Hacettəpə Universitetində Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun “İzdiham” romanının tədqiqinə başlanılıb. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilən “Türk dilinə xüsusi xidmət” mükafatçısı, Kazan Elmlər Akademiyasının fəxri akademiki, professor Şükrü Haluk Akalının elmi rəhbərliyi altında aparılan tədqiqat işi yazıçının dil yaradıcılığını tədqiq edən ““İzdiham” romanının dilinin tədqiqi” adlanır. Dissertasiyanın  müəllifi – Hacettəpə Universitetinin magistratı Semase Benay Kayadır.