Page 10 - hekayeler
P. 10

Afaq Məsud


                   – Sәnә dedim axı, o çiyәlәklәrdәn gözüm su içmir.
                   – Hansı çiyәlәklәrdәn?.. – әri diksinib ayıldı.
                   – O gün dovşanlara yedirtdiklәrindәn.
                   – O çiyәlәkdәn özüm dә yemişәm.
                   – Sәnin bәdәninlә dovşanınkı birdi?..
                   – Zәhәrin bәdәnin böyük-kiçikliyinә dәxli yox-
               du.
                   – Var.
                   – Yoxdu! – әri qәfildәn әlini stola çırpıb qışqırdı,
               stolun üstündәkilәr cingildәyib bir-birinә dәydilәr. –
               İsa adam dilindә dedi sәnә: erkәklә dişini bir yerdә
               saxlamazlar!.. Biri ölür hәmişә!..
                   – Hansı ölür?..
                   Əri onun sualına cavab vermәdi, nimçәsini әsәbi
               hәrәkәtlә qabağından itәlәyib ayağa qalxdı.
                   – İşә düşmәdik?.. Mәn düşüb ölsәm, heç vecinә
               gәlmәz, – deyib, dovşanı söyә-söyә iti addımlarla
               bağın dәrinliyinә getdi, ağaclığın sıx yerindә gözdәn
               itdi, gecәdәn xeyli keçәnә qәdәr oradan qayıtmadı.
                   ...O biri dovşan bütün axşamı gah o kolun, gah
               bu kolun arxasından onlara baxır, çәhrayı qulaqlarını
               tәrpәdirdi.
                   ...Gecәnin bir yarısı kiçik qızının sәsinә ayıldılar,
               özlәrini hövlnak onun otağına çatdırıb işığı yandırdılar.
                   …Uşaq yerinin içindә oturmuşdu, yuxulu gözlәrini
               ova-ova ağlayırdı.
                   – Nolub, niyә ağlayırsan?..
                   Qız cavab vermәdi, ağlamağını da kәsmәdi.
                   – Haransa ağrıyır?..
                   Qız ağlaya-ağlaya başını bulayıb “yox” dedi.
                   – Bәlkә, susamısan?..
                   Qız ağlamağına davam edә-edә, yenә başını
               bulayıb “yox” dedi.


                                        10
   5   6   7   8   9   10   11   12   13   14   15