Page 7 - hekayeler
P. 7

…Dovşanlardan biri can verirdi. Gözlәrinin ifadәsi
            itmiş, bәbәklәri bulanıb bozarmışdı, rәngsiz ağzını
            torpağa dirәyib ağır-ağır nәfәs alırdı.
                O biri dovşanın kolun dalından bircә qulaqları
            görünürdü. Qulaqlarının titrәyişindәn başa düşmәk
            olurdu ki, yenә şüursuz gözlәrini bir nöqtәyә zillәyib
            nәfәs dәrmәdәn nә isә “üyüdür”.
                Çömbәlib dovşanın heysiz başını su qabına
            yaxınlaşdırdı ki, bәlkә, heyvan su içә. Dovşan sudan
            acgözlüklә içib çeçәdi, nәfәsi itdi, gözlәri şüşә düymәlәr
            kimi hәrәkәtsiz qaldı.
                – İndi neylәyәk?.. – әri әzabdan bürüşmüş üzüylә
            ona baxdı. Elә baxdı, elә bil dovşanı o öldürmüşdü.
                İsa kişi siqaretin kötüyünü quma salıb ayağıyla
            basdı:
                – Dovşanın erkәyiylә dişisini bir yerdә saxlamazlar.
            Biri ölür hәmişә.
                – Hansı ölür?..
                – Çox vaxt erkәyi.
                – Niyә erkәyi?..
                Əri onun bu yersiz sualına üzünü bozartdı. İsa
            kişi sualı eşitmәmiş kimi әllәrini gündәn ağarıb
            süzülәn şalvarının ciblәrinә soxdu, başını aşağı salıb
            darvazaya sarı getdi, orada bir anlığa ayaq saxlayıb:
                – Salamatı göyәrçindi, – dedi vә çıxdı.
                İsa gedәndәn sonra әri, deyәsәn, dovşanın dәqiq
            ölüb-ölmәdiyini yoxlamaq üçün iki barmağıyla
            heyvanın balaca ağ pәncәsini qaldırıb-saldı, dikәlib
            әllәrini belinә vurdu, sәsi xırıldaya-xırıldaya:
                – Ölәcәk, – dedi.


                                     7
   2   3   4   5   6   7   8   9   10   11   12