Page 8 - hekayeler
P. 8

Afaq Məsud


                   Dovşan nәfәsi tәngiyә-tәngiyә can verirdi, bәbәklәri
               irilib, az qala, hәdәqәsindәn çıxırdı, balaca, isti bәdәni
               zәif titrәyişlә әsim-әsim әsirdi.
                   Dovşan hava qaralanacan belәcә can verdi vә
               öldü.
                   Əri bağın aşağı küncündә yer qazıb dovşanı orada
               basdırdı.
                   …Bütün gecәni yuxuda da dovşanın can vermәyini
               gördü. Can verәn dovşan ölәn dovşandan iri vә ağ
               idi, can verdiyi yerdә birdәn-birә dirildi, iki ayağı
               üstә qalxıb pәncәlәrini onun çiyinlәrinә qoydu, ağzını
               iri açıb boğazının yolu görünә-görünә әsnәdi. Elә
               әsnәdi, az qaldı, onu mağaravari ağzının içinә salıb
               uda...
                   Sәhәr yemәyindә o biri dovşan gәlib aynabәndlә
               üzbәüzdә oturmuşdu, balaca ağzıyla yenә nәyisә
               xırda-xırda çeynәyә-çeynәyә qorxaq gözlәriylә onlara
               elә baxırdı, elә bil söhbәtlәrinә qulaq asırdı.
                   – Görәn, ölәn dişisiydi, erkәyi?..
                   Əri gözünü qıyıb dovşana baxdı:
                   – Fәrqi nәdi ki?
                   – Bu, oğlana oxşayır.
                   Əri üzünü elә bürüşdürdü, elә bil gözünә gün
               düşdü:
                   – Harası oxşayır?..
                   – Bığları.
                   – Bığın bura nә dәxli var, guya qız dovşanın bığı
               olmur?..
                   Yağı sәliqәylә nazik dilimin üstünә yaxa-yaxa
               dovşana baxıb:
                   – İndi bu darıxacaq, – dedi, – bәlkә, birini dә
               alasan?!


                                        8
   3   4   5   6   7   8   9   10   11   12   13