Page 9 - hekayeler
P. 9

DOVŞANIN ÖLÜMÜ


                – Hansından alım?..
                – Elә bundan.
                – Deyirәm, nә bilәk bu hansındandı, erkәyidi, ya
            dişisi?!
                Sәhәr yemәyi stolun üstündә qaldı. Ər-arvad
            meynәlәrin arasıyla ha qaçdılar, dovşanı tuta
            bilmәdilәr.
                – Qәribәdi, – әri bir qәdәr sonra maşını Mәrdәkanın
            dar küçәlәrindәn sürәtlә döndәrә-döndәrә deyirdi, –
            çox qәribәdi…
                – Nә qәribәdi?
                – Dovşanın ölmәyi. Birinci dәfәdi eşidirәm ki,
            dovşanın erkәyi ilә dişisini bir yerdә saxlamazlar, – әri
            deyib, çuxura düşmüş gözlәrini harasa lap yaxına
            zillәdi.
                …Ərinin üz-gözü dünәndәn bu günә xeyli
            dәyişmişdi. Gözlәrinin altı qaralmış, bәnizi solmuşdu.
                ...Axşam uşaqlar bağa çatar-çatmaz ağlaşma qur-
            dular. Uzun müddәt dovşanın basdırıldığı yeri
            öyrәnmәk üçün atalarının zәhlәsini tökdülәr, sonra
            hәmin yeri xırda daşlarla, çınqıllarla, meynә yarpaq -
            la rıyla bәzәdilәr.
                ...Şam yemәyi kәdәrli keçdi. Uşaqlar solğun
            bәnizlәriylә bir-birinә baxa-baxa, uzun çәngәllәrlә
            vermişelin içindә hәvәssiz-hәvәssiz qurdalanıb
            xörәklәrini soyutdular.
                Əri xörәyi iri tikәlәrlә, tez-tez, az qala, diri-diri
            udduqca qarabuğdayı sifәti elә bil bir az da qaralırdı,
            qaşlarının düyünü göyә çalırdı…
                Bir qәdәrdәn sonra әri yenә gözlәri yol çәkә-çәkә
            harasa lap yaxına baxırdı. Elә bil dovşan hәlә dә
            hardasa lap yaxınlıqda can verirdi.


                                     9
   4   5   6   7   8   9   10   11   12   13   14