ÇIXILMAZLIQLAR DÖNƏMİNDƏ

Zaman-zaman mənə məlum olmayan hansısa səbəblər üzündən Yazı Ərazimdən sıçrayıb kənara düşdüyüm, adiləşib, yazıqlaşıb, miskinləşməyə başladığım ağır çıxılmazlıqlar dönəmində, bir vaxtlar yazıçı olduğum səadət dolu günlərimi anır, məni nə vaxtsa, mötəbər Yazı Taxtına aparıb çxaran ilğımlar və ildırımlar dolu yolların səmtini, istiqamətini müəyyən etməyə çalışsam da, yaddaşım kidurət dolu nifrətlə susmağa davam edir.