Haqqında
Afaq Məsud – Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru.
1957-ci ilin 3 iyununda Bakıda anadan olub. 1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1979–1986-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986–1988-ci illərdə “Azərbaycantelefilm”in direktoru vəzifələrində çalışıb. 1989–2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru olub.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 501 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 may tarixli 110 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
“Üçüncü mərtəbədə”, “Şənbə gecəsi”, “Tək”, “İzdiham”, “Субботний вечер” (Москва), “Yazı”, “Roman, esse, hekayə”, iki cildlik “Seçilmiş əsərlər”, “Suiti” (Tehran), “Üzü işığa” (Tehran), “Kalabalık” (Ankara), “Избранное” (Москва), “Свобода” (Киев), “Azadlık” (İstanbul), “Azadlıq” (Tbilisi) “Şənbə gecəsi” və digər hekayələr (Qahirə) kitablarının müəllifidir. Əsərləri rus, ingilis, fransız, alman, fars, ərəb, türk və s. dillərə tərcümə və nəşr edilib.
Q.Q.Markesin “Patriarxın payızı”, T.Vulfun “Dünyanın hörümçək toru” romanlarını, qədim sufi M.Nəsəfi, Ə.Qəzali, İbn Ərəbi, Cəlaləddin Rumi kimi mütəfəkkirlərin və digər sufi mütəffəkkirlərinin əsərlərini Azərbaycan dilinə çevirib.
“Can üstə”, “O məni sevir”, “Yol üstə”, “Qatarın altına atılan qadın”, “Kərbəla”, “Mənsur Həllac” pyeslərinin müəllifidir.
Əsərləri əsasında “Sərçələr”, “Qonaqlıq”, “Gecə”, “Cəza”, “Dovşanın ölümü” televiziya filmləri çəkilib.
2000-ci ildə Vyana Universitetində A.Məsudun yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə olunub (S.Dohan “Avropa şərqşünaslığında qadın yazarlar”).
Türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə dəfələrlə TÜRKSOY-un medalı ilə təltif edilib.
1998-ci ildə “Humay” mükafatına layiq görülüb
2003-cü ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
2015-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi, TÜRKSOY və Avrasiya Yazarlar Birliyinin təsis etdiyi "Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi"nin qalibidir.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təsis olunmuş medala layiq görülmüşdür.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Xalq yazıçısı" fəxri adına layiq görülüb.
2021-ci ildə "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanına layiq görülüb.
Kitabları:
“Üçüncü mərtəbədə”, Bakı, Gənclik, 1971
“Şənbə gecəsi”, Bakı, Yazıçı, 1984
“Субботний вечер”, Москва, 1984 (“Şənbə gecəsi”, Moskva, 1984)
“Keçid” (povest və hekayələr), Bakı, Yazıçı, 1988
“Tək”, Bakı, Gənclik, 1992
“İzdiham”, Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1994
“Azadlıq” (roman, esse, hekayə), Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1997
“Roman, esse, hekayə”, Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1999
“Yazı”, Bakı, Qanun, 2004
“II İohan” (hekayə-roman), Bakı, Mütərcim, 2009
“Suiti”, Tehran, 2011, Pinar (فک، تهران، 2011، پنار، 120 صفحه)
“Seçilmiş əsərləri” 1-ci cild, Bakı, Elm və təhsil, 2012
“Seçilmiş əsərləri” 2-ci cild, Bakı, Elm və təhsil, 2012
“Роман-рассказ”, Баку, Евразиа Пресс, 2012
“Kalabalık” (“İzdiham”), Ankara, Bengü, 2015
“Üzü işığa”, Tehran, Nohbəgan, 2015 (رو به نور، تهران، نهبگان، 2015، 120 صفحه)
“İzdiham”, Tehran, Şurafərin, 2016 (شلوغی، تهران، 2016، شورآفرین، 80 صفحه)
“İzdiham”, Tehran, Fərsar, 2016 (شلوغی، تهران، 2016، فرسار، 86 صفحه)
“Избранное”, Москва, Художественная литература, 2017 (“Seçilmiş əsərləri”, Moskva: Xudojestvennaya literatura, 2017)
“Azadlıq”, Kiyev, Druqe dixaniya, 2017
“Azadlık” İstanbul, Zengin Yayıncılık, 2018
“Şənbə gecəsi və digər hekayələr” (ليلة السبت و قصص اخري), Qahirə 2018 ( المركز القومى للترجمة، القاهرة)
“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” Bakı, 2018
“Azadlıq” (“თავისუფლება”) Merani, 2019 („მერანი”, ქალაქი თბილისი)
“Azadlıq”, (“Szabadulas”) Macarıstan, 2020
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” Bakı, 2020
“II İohan”, Parlaq qələm (İran), 2022
Haqqında yazılanlar
-
Oçerk
Fil.f.d. Elnarə Qaragözova AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ...
Davamı -
İşıqlı kədərin trubaduru
“Azadlıq” kitabında toplanmış roman və hekayələr gürcü oxucusuna görkəmli Azərbaycan yazıçısı Afaq Məsudun y...
Davamı -
Böyük ədəbiyyatın təmsilçisi
Etimad Başkeçid ...
Davamı -
"Ümidvaram ki, kütlə malına çevrilməyəcəyəm»
Əsəd Qaraqaplan ...
Davamı -
Afaq Məsud dünyası - Yeddinci yazı
Nizami Cəfərov
Davamı
Mövcud (ənənəvi) ədəbi təhlil üsulu ilə yanaşsaq, Afaq Məsudun “Uydurma” hekayəs... -
Afaq Məsud dünyası - Altıncı yazı
Nizami Cəfərov
Davamı
Bütün həqiqi yazıçılar kimi Afaq Məsudun “uydurmalar”ı da yazıçının daxili dünya... -
Afaq Məsud dünyası - Beşinci yazı
Nizami Cəfərov
Davamı
Afaq Məsudun ilk hekayələrindən başlayaraq, demək olar ki,... -
Afaq Məsud dünyası - Dördüncü yazı
Nizami Cəfərov
Davamı
Yazıçının yaradıcılığı haqqında “Bu, Afaq Məsuddur”... adlı maraqlı bir məqalə y... -
Afaq Məsud dünyası - Üçüncü yazı
Nizami Cəfərov
Davamı
Hər hansı böyük yazıçının yaradıcılığa hansı yaşda, hansı şərtlər, sözün geniş mənasında təs... -
Afaq Məsud dünyası - İkinci yazı
Nizami Cəfərov
Davamı
Azərbaycan ədəbiyyatının, ümumən ədəbi-ictimai fikrin tarixində yetmişinci illər altmışıncı ...