“Dovşanın ölümü” kitabı nəşr olundu

Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun “Dovşanın ölümü” kitabı işıq üzü görüb. Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Dovşanın ölümü”, “Can üstə”, “Sərçələr”, “Alman kilsəsi”, “Gecə”, “Qəza”, “Dahi”, “Müvəkkil Vaysman”, “Yataqxana”, “Çovğun”, “Tək” və digər hekayələri daxil edilib.