“Duyğular imperiyası” kitabı nəşr olundu

Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun “Duyğular imperiyası” kitabı işıq üzü görüb. Kitaba yazıçının “...Ədəbiyyat hadisələrin yox, hisslərin süjetidir” adlı müsahibələrindən seçmələr, “Qocanın hekayəti”, “Narıncı hörümçək”, “Təravətin təntənəsi”, “Edam”, “Casusun etirafı”, “Kitabın intiharı”, ”Xilas”, “Hava gəmisində”, “Sıçrayış”, “Filosof uşaq”, “Sadiq cangüdən” və digər esseləri daxil edilib.