TƏK

…Anasını pilləkənlərlə düşürürdülər… kimsə qoluna girmişdi… Anasının bozumtul üzü zəiflikdən, yoxsa ağrıdan dəyişmişdi… gözləri girdələnmiş, saçları qısalmış və islanmışdı… pillələri enib taqətsiz ayaqlarını ardınca sürüyə-sürüyə hayanasa gedirdi… ondan uzaqlaşırdı…

Anasının üzünü o qədər yaxından, o qədər aydın gördü ki, az qaldı ürəyi dayana… Gör bir nə vaxt idi, bu doğma, gözəl üzü görmürdü?!. Beş il idi, on il idi?!. Hər şey qarışmışdı...

Nəfəsini içinə çəkib, yaddaşını gərib dərindən fikirləşməyə çalışdı… və anladı…

Anası ölməyə gedirdi…

…Onu yola salmaqdan ötrü həyətlərinə çoxlu adam yığışmışdı... tanıdığı-tanımadığı adamlar… Həyətin darısqal girəcəyinə dirənmiş köhnə yük maşını da anasını gözləyirdi...

Anası ölməyə maşınla gedəcəkdi… deməli, indi anası maşına oturub gedəcəkdi və yenə uzun illər, bəlkə də, daha heç vaxt onu görməyəcəkdi…

…Anasının xəstəlikdən avazıyıb rəngi açılmış qonur bəbəklərinə, dərisi azca qırışmış yanaqlarına baxdı, bumbuz əllərini dodaqlarına sıxıb öpdükcə-öpdüsə də, anası isinmədi…  odu ki, anasının qarşısında dizi üstə düşüb ayaqlarına sarıldı:

– …getmə, ana... qurbanın olum, getmə... – deyə-deyə ağladı, – …darıxıram sənsiz, ana, yaman darıxıram…

…anasının dizləri həmişəki kimi yumşaq və isti idi, öpdükcə gözünün yaşından islanırdı… dizi üstəydi deyə, anasının üzünü altdan yuxarı gördü… anasının üzü belədə ayrı adamın – dünyasını çoxdan dəyişmiş hansısa qədim, uzaq qohumlarının üzlərini xatırladırdı… anası onun öpüşlərini, dizləri gözünün yaşını hiss eləmirdi… harasa uzaqlara, sanki kiminsə üzünə zillənib qalmışdı…

– …uşaqlardan muğayat ol, kiçiyi pis öskürür… – anasının lap astadan dediyi bu sözlər ürəyini bıçaq kimi kəsdi… özünü saxlaya bilməyib bir neçə dəfə nəfəsi kəsilə-kəsilə hönkürdü...

– …kəs səsini… – anası acıqlı səslə astadan dedi – …bəsdi uladın... camaatdan ayıbdı…

…ətrafına baxdı… heç kimi tanımırdı… yad adamlar donuq üzlərlə dinməz-söyləməz dayanıb onlara baxırdılar…

…onun dalınca dizin-dizin sürünə-sürünə, bu dəfə qışqıra-qışqıra ağladısa da, anası onu eşitmədi…

– …getmə, ana!!!… Getmə-ə-ə!..

anası onu eşitmirdixəstəliyin zəifliyindən əsə-əsə, ayağının birini qaldırıb maşına minirdi

dizin-dizin sürünüb anasına çatmışdı, ayaqlarına sarılıb nəfəsi kəsilə-kəsilə ağlamaqdan boğulurdusonra birdən baxıb gördü, bayaqdan bəri sinəsinə sıxıb öpdüyü, sən demə, körpə uşaqdı, bələyin içindən zorla çəkib çıxardığı əllərini ağzına salıb əmə-əmə, dinməz-söyləməz üzünə baxır

ətrafına nəzər saldı… anasının mindiyi yük maşını getdikcə uzaqlaşırdıyad adamlar yaylıqlarını çıxarıb maşının arxasınca yelləyirdilərmaşın, lopa-lopa yağan qarın içində əriyib itirdi

Oyanıb yan-yörəsinə baxdı

Qızı yarımaçıq ağzıyla böyründə yatmışdı. Hava hələ açılmamışdı.

Gözlərini yumub nəfəsini saxladı... yuxusunu, döşəməyə dağılan civəni bir yerə yığan kimi yığmağa çalışdısa da ala-bula görüntülər yaddaşının hansı dəliyindənsə çölə dağılıb havadaca əridilər...

Qəhər boğazını sıxdısəsi çıxmasın deyə, üzünü balışa basıb ağladı

Ölümündən sonra bu altı il ərzində birinci dəfəydi anasının üzünü bu qədər yaxından görürdü... Olsun ki, bu gecə, bir neçə dəqiqə bundan əvvəl anasıyla görüşmüşdüburdacaöz yatağında yatdığı yerdəcə

Ötən həftə oxuduğu məqalədə yuxular barədə deyilənləri xatırladı:

“…yuxuda gördüyünüz adamların yuxusuna girən sizsiniz…” TitrətdiDeməli, o, düşmüşdü anasının yadına, anası darıxırdı onun üçün

Belə fikirləşdikcə, gözləri dolub-boşaldı, yadına yuxuda ağlaya-ağlaya anasına dedikləri düşdü... Fikirləşdi ki, görəsən, anası onun pis yaşadığını, daha doğrusu, ümumiyyətlə, yaşaya bilmədiyini bilir? Onsuz hər şeyin mənasızlığını, o, dünyasını dəyişəndən bəri həyatın onun üçün məzmunsuz, mənasız varolmadan savayı, ayrı bir şey olmadığını anlayır?.. Anlayırsa, bəs niyə yazığı gəlmir ona?!.

Yorğanı başına çəkib nəfəsini içinə qısa-qısa fikirləşdi ki, anası özü belə öyrədib onu ki, onsuz yaşaya bilməsin. Odu ki, yaşaya bilmir. Bunu birdəfəlik boynuna alsın. Daha gündə bir şeyi bəhanə gətirib camaatın gününü qara eləməsin.

Ərinin, qayınanasının qorxudan, həyəcandan gərilmiş üzləri gözünün qabağına gəldi... Qayınanası başını dərdli-dərdli yellədib:

Niyə belə eləyirsən, a bala, vallah Allaha xoş getməz. Kimin ata-anası dünyanı tutub dayanır ki?.. Cavansan, ərinə, uşaqlarına yazığın gəlsin… – dedi.

Sonra yadına, gündə bir şeyi bəhanə eləyib hamını qorxutmağı düşdü.

Bir ara beyninə yeritmişdi ki, çarəsi olmayan hansısa ağır xəstəliyə tutulub. O günlər, yadına gəlir – rəngi, doğrudan, sapsarı saralmışdıgünlərlə dilinə heç vura bilmir, ağzına qoyduğu tikə böyüyüb boğazının yoluna ilişir, ürəyini pis-pis bulandırırdıonda, yadına gəlir, bədənini minalanmış təhlükəli sahəni tədqiq edən kimi tədqiq eləyib sol qabırğasının altında şişəbənzər isə tapmışdıhəkimləri növbə ilə gəzə-gəzə, özünə bir qovluq əcaib diaqnozlar toplamışdı. Həmin bu diaqnozların ümumi nəticəsinə görə, ömrünün sonuna barmaqla sayılacaq günlər qalırdı. Odur ki, getdiyi yerdə yıxılıb ölməməkdən ötrü yatağa da düşmüşdüOnda, yadına gəlir, hamı bir-birinə dəymişdi, şəhərin məşhur həkimlərindən ibarət konsilium toplanmışdı, evləri cürbəcür diaqnostik aparatlarla dolub-boşalır, yatağının yanındakı dolabın üstü dava-dərman qalağıyla, cürbəcür otlar yarpaqlarla dolub-daşırdı

Bir müddət sonra isə birmənalı şəkildə ərinə nifrət eləməyə başladı. Əriylə bağlı ötüb-getmiş bütün xoşagəlməz hadisələr məqamlar iki gündən bir yaddaşının hansı bucağındansa şahə qalxıb aşılmaz divar kimi onunla burun-buruna dayanır, dünyanı gözündə daraldıb qaranlıq çəlləyə döndərirdi… bütün olanlar üst-üstə toplanıb faciəli tale mənzərəsi yaradırdıanasının ölümü burda bütün digər uğursuzluqlar kimi ərinin məsuliyyətsizliyi, ona ailəsinə diqqətsizliyi ilə bağlanırdı.

Bir neçə müddətdən sonra isə, yadına gəlir, ümumiyyətlə, bütün dünyaya nifrət eləməyə başlamışdıbu mənasız dünyada heç heç kəs onun üçün anasını əvəz eləyə bilmirdi

Anası da onsuz yaşaya bilmirdi... Xəstəliyinin son ayları, heysiz zəifliklə yorğan-döşəyə pərçimləndiyi dövrlər onu, xəstəliyini sağalda biləcək dərman kimi həmişə yanında görmək istəyirdiO biri otaqda beşcə dəqiqə ləngiyəndə, anasının ağır xəstəlikdən onsuz da bozaran üzü tündləşib qaralırdı, nəfəsi təngiməyə, burnunun ucu nazilib saralmağa başlayırdı. Özünü çatdıranacan, anası küsüb elə bil ölmək istəyirdi, nazik qaşlarını çatıb, incik üzünü divara çevirir, uzun müddət susa-susa onun suallarını cavabsız qoyur, heysiz səsiylə üzüdivara:

Sən mənə lazımsandeyib gizli-gizli ah çəkirdi...

Əslində, anası bunu, hələ lap əvvəlləryorğan-döşəyə düşməmişdən çox-çox qabaqlar da, ən sağlam güclü vaxtlarında da, məhəbbət dolu gözlərini onun üzünə zilləyib demişdi.

Fikirləşdi ki, anası sevirdi onu, nədi? , anası onu sevirdi. Cavan yaşlarında itirdiyi ərinə olan məhəbbətini olsun ki, ona salmışdı. Sonra hardansa yadına, anasının can verən məqam qəribə hüznlə nəfəs dərib: “Təkcə sənə görə ölə bilmirəm”, – deməyi düşdü yenə boğazı qəhərdən sıxıldı

Niyə təkcə ona görə?.. – fikirləşdi. Ona görə ki, onu o biri uşaqlarından çox istəyirdi?.. Yoxsa, özünə oxşadırdı onu, nədi? Öz cavanlığına oxşadırdı, bəlkə, ona görə?

Bədəninə soyuq tər gəldi. Neçə aydan bəri yorğan-döşəyə pərçimlənmiş anasının, içini çəkə-çəkə, içi həyat eşqi kədərlə dolu gözlərini onun üzünə, boynuna, əllərinə zilləməyi, eynəyini əlləri əsə-əsə gözlərinə taxıb, saçlarını əlinə alaraq işığa tuta-tuta:

– Bu saçlar da mənimkidi… – deməyini xatırlayıb duruxdu...

Anası onu saçlarına, dərisinə burnuna görə hamıdan çox istəyirdiçünki bu üçünü həmişə özününkü bilirdi, onları belə cavan təravətli halda qoyub o yana keçməyə ürəyi gəlmirdi, görünür

Balışın üzü bütün gecəni ağlamaqdan islanmışdı deyə, o biri üzünə çevirib fikirləşdi ki, yuxular, əslində, reallıqdı. Yuxuda anası onu qoyub gedirdi o tanımadığı, yad adamların arasında təmtəkcə qalırdıHər şey necə dəqiq idi?!. Əslində beləydi axı!.. İndi o, tamamilə yad adamların arasında yaşayırdı, ailəsi həmin o yad adamlardan ibarət idi. Yad uşaqlar yad ər

Sonra anasının üzü yenə bütün dəqiqliyi ilə gözünün qabağına gəldianası ona həmişəki diqqətlə elə qulaq asırdı, elə bil dediyi hər söz həyatını pillə-pillə dəyişirdi

Arxası üstə uzanmışdı deyə, gözünün yaşı gicgahı ilə axıb qulaqlarına doldu.

Anasından sonra daha heç kim ona bu cür qulaq asmırdı. Heç kimin buna hövsələsi, səbri çatmırdı. Həqiqət bu idi. Çünki onun dedikləri heç kimin həyatını dəyişmirdi.

Gözləri yenə dolub-boşaldı. Anasını xatırlayıb belə ağlayanda əri nədənsə qorxurduAmma nədən?..

Fikirləşdi ki, anasına bağlılığı, onun xəstəliyi itkisiylə əlaqədar keçirdiyi bütün bu iztirablar ana-bala münasibətindən çox, sevgili münasibətini andırırdı...

Bunu əri bir dəfə demişdi ona. Bir dəfə, yenə həmişəki kimi oturduğu yerdə gözləri dolub-daşanda əri qaşlarını çatıb, siqaretini dərdli-dərdli sümürə-sümürə:

Bu, ana-bala məsələsi deyil… – demişdi.

Onda bəs nədi?..” – ağlamaqdan içi gicişən gözlərini ova-ova fikirləşdi. – Anası kim olmuşdu onun üçün, daha doğrusu, o anası üçün kim olmuşdu?..

yadına, anasının can verməyi, canıyla əlləşə-əlləşə, bir gözü onda, birdən-birə dil açıb:

Hələ mənim üçün burnunun ucu göynəyəcək… – deməsi düşdü.

Onda anası bunu deyib bir müddət susmuşdu, sonra nəfəsini ağır-ağır dərib, gözlərindən acı qəzəb yağa-yağa:

Elə göynəyəcəkelə göynəyəcək… – deyə-deyə onu hədələmişdi, sonra göz­lə­ri­ni yummuşdu.

Ürəyi sıxıldı, qalxıb yerinin içində oturdu. Qulaqlarına dolan göz yaşını yorğanın ucuyla qurutdu. Sonra qızı oyanmasın deyə, ehmalca ayağa qalxıb başmaqlarını geyindi, o biri otağa keçdi, divanda yatan ərinə zilləndi. Keçib böyründə oturdu, bir xeyli beləcə oturub qaranlığın içindən ərinin yoğun boynuna, əzələli çiyinlərinə baxa-baxa, sakit-sakit ağladı.

Əri yuxuda görürdüsə, ciddi görkəm almışdı. Qaşlarını düyünləyib əllərini qarnının üstə elə çarpazlamışdı, elə bil qəbuldaydı, kiminsə dərdinə candərdi qulaq asa-asa fikrə getmişdi.

Əlini ehmalca ərinin alnına çəkdi ki, oyansın. Ona anasıyla görüşdüyünü danışmaq istəyirdi.

Əri gözlərini açıb, onu gördü, qətiyyən təəccüblənmədən:

Niyə yatmırsan?.. – dedi.

Əri bunu deyəndə, özünü saxlaya bilmədi, hönkürüb üzünü tutdu.

Noolub?.. – əri dikəlib yerinin içində oturdu, onu qucaqlayıb sinəsinə sıxdı:

Yenə onu gördün?..

Başını tərpədib, “dedi. Əri içini çəkdi, başını sinəsinə sıxıb saçlarını sığallaya-sığallaya, deyəsən, yenə harasa, uzaqlara zilləndi.

Bu dəfə üzünü gördümdəqiq gördüm üzünüElə gördüm, elə bil indicə, beşcə dəqiqə bundan əvvəl birlikdə idik

Əri daha dinmirdi, başını da tumarlamırdı. Eləcə dinməz-söyləməz, deyəsən, tavana  baxırdı.

Ağlayıb-ağlayıb susdu, ərinin isti sinəsindən, sakit nəfəsindən hiss eləyirdi ki, ona yazığı gəlir. Yazığı ona görə gəlir ki, on beş yaşında atasını itirmişdi, bir az sonra anasını. Bir ona görə ki, zəif idi, tez-tez ürəyi ağrıyırdı, heç nədən həzz almırdı, sevinmirdi, ürəyi açılmırdı. Bir ona görə ki, uşaqlarına baxanda gözü ağrıyırdı

Əri bütün bunları, demək olar ki, hər dəfəo, anasını yuxuda görüb ağlamağa başlayanda deyirdi. Anası barədə isə susurdu. Elə susurdu, elə bil heç tanımırdı onu. Yoxsa, zəhləsi gedirdi anasından? Yox, zəhləsi getmirdi, amma nəydisə, o mövzuya toxunmağa, onun tərəfə baxmağa belə ehtiyat edirdiBurasını dəqiq hiss eləyirdi ki, anasının ölümündən sonra ondan söz düşəndə, ərinin gözləri iri-iri açılırdı, üzü dəyişirdi. Elə bil əri, öləndən sonra anasından qorxmağa başlamışdıYanağından süzülüb ərinin maykasını isladan göz yaşlarını sığallaya-sığallaya fikirləşdi ki, , əri anasının ruhundan qorxur. Bu qorxunun səbəbiolsun ki, anasının ruhunun, o öləndən bəri onlara rahatlıq verməməsi idi. Anası günaşırı yuxularına girib oralarda gah küsürdü, gah ağlayırdı, gah da üzünü divara çevirib yuxunun bütün səmtlərinə vahimə saçan əcaib gərginliklə susurdu.

Anası olsun ki, ərinin yuxusuna girməyə başlamışdı. Bunu son aylar ərinin gecənin bir aləmi yuxudan oyanıb evin qaranlığı ilə oğru kölgəsi kimi sürünməsindən, mətbəxin işığını yandırıb orda əsəbi hərəkətlərlə nələrisə əsəbi-əsəbi didişdirməsindən, yaxud səhəri, bədəninə qarışqa daraşmıştək, vurnuxa-vurnuxa açmasından başa düşürdü. Bütün bugecə sərgüzəştlərinin” səbəbini soruşanda isə cinayət üstündə yaxalanmıştək, dinmir, sürünməyini, vurnuxmasını saxlayıb hava işıqlananacan, məzlum sifətlə, dinməz-söyləməz tavana baxa-baxa qalırdı...

Əri başını ona sarı əyib alnından öpdü, yenə ehmal hərəkətlərlə saçlarını tumarladı. Bir müddət beləcə başı ərinin sinəsində sakitcə uzanıb qaldılar.

Bilirsən fikirləşirəm? – ərinin onsuz da yoğun səsi, bir az da yoğunlamışdı. – Deyirəm bəlkə, bağ alaq?

Bağı neynirik?..

Toyuq-cücə saxlayarıq, bostan düzəldərəm. Ürəyin istəyəndən əkib-becərər­sən, başın qarışar. Təmiz hava əsəblərini sakitləşdirər.

Qalxıb oturdu. Ağlamaqdan şişib gicişən gözlərini ovub ərinə baxdı.

Ərinin üzündə yenə həmin o məzlum ifadə vardı. Həm , deyəsən, yuxusu gəlirdi.

Toyuq-cücənin əsəbə dəxli var? – dedi hiss elədi ki, qəfildən eyniylə anası kimi, anasının səsiylə danışdı. Bundan yenə göz yaşı içində boğuldu.

Ərinin gözləri iri-iri açıldı. Deyəsən, anasının səsini o da eşitdi.

Deyilənə görə, ölümdən sonra ananın ruhu qızına keçir. Demək, anasının ruhu ona köçüb. Əslində, son vaxtlar bunu özü hiss eləyirdi. Dəqiq hiss eləyirdi ki, hər şeyi ayrı cür görür, ayrı cür fikirləşir, illərlə tanıdıqlarını elə bil təzədən tanıyır, xoşu gəldiklərindən zəhləsi gedir, zəhləsi getdiyindən xoşu gəlir

Bağ-zad lazım deyil. Ümumiyyətlə, heç istəmirəm, – deyib ayağa qalxdı, yalın ayaqları döşəmənin soyuğundan üşüyə-üşüyə otağına getdi. Gedə-gedə ərini necəsə, geriyə qanrılmadan gördü

 Ərinin üzü eləydi, elə bil anasını o öldürmüşdü. 

*** 

İşə həmişəkindən tez gəlmişdi. Xadimə onu görüb yaltaq təbəssümlə irişə-irişə üstünə yeridi. Pul verməyin vaxtı idi, görünür.

Xoş gəldin, qadan alım. yaxşı belə ertədən gəlibsən? – dedi, sonra da elə əyildi, elə bil ayaqqabılarını silməyə hazırlaşdı.

Heç, elə-belə, – deyib cibinin küncünə ilişən beşliyi xadimənin cibinə basdı, otağına keçmək istəyirdi ki, birdən ağlına gəldi ki, bəlkə, üz-gözündən dünyagörmüş adama bənzəyən bu arvadı qırağa çəkib gecəki yuxusunu ona danışsın?.. Amma xadimənin əynindəki xalatın çirkinə, əlində tutduğu palçıqlı, yaş əsgiyə baxıb fikrindən vaz keçdi.

İş stolunun üstü kağız-kuğuzla dolu idi. Dünən burdahəmin bu otaqda yenilməz bir həvəslə isə yazmağa başlamışdı, guya bu gün ardını davam etdirməliydi. Stolun mərkəzində dayanıb üzünə baxan yaddaş kitabçasında bu gün görəcəyi işlərin planı cızılmışdı. Bir neçə familiya telefon nömrələri yazılmışdı. Olsun ki, bu nömrələrin hansınasa zəng vurmalıydıAmma hansına?..

Keçib yerinə əyləşdi. Stolun üstündəki kağız-kuğuzu ələk-vələk eləyib dünən yazdıqlarını oxudu. Hər şey, elə bil əlli il bundan əvvəl yazılmışdı.

Fikirləşdi ki, bütün bu yazılanların ona aidiyyəti var axı?..

Özünü qəfildən pis hiss elədi. Elə bil qızdırması var idi. Ağlayanda həmişə belə xəstələnirdi. Fikirləşdi ki, bəlkə, durub evə getsin? Sonra yadına düşdü ki, axı evi elə yeri kimidi, orda da burdakı kimi rahatlıq tapa bilmir... Anasından sonra orda da özünü burdakı kimi tənha lazımsız hiss edirdi.

Saçlarını bir-birinə qatıb-qarışdırdı, sonra əl güzgüsündə özünə baxdı.

Xırda gözləri dağınıq saçlarıyla orta əsrlərdə yaşamış hansısa dahi bəstəkara oxşayırdı

Fikirləşdi ki, indi neyləsin, necə yaşasın, meylini kimə, nəyə salsın?..

Anasından sonra uşaqları lap yad gəlirdi ona. Əri , qardaşları da. Anası olsun ki, bunu bilirdi. Odu ki, həmişə:

Ananın yerini heç kəs vermir, bala. Havayı deməyiblər: “anarüşvətsiz dost”, – deyib məmnun təbəssümlə üzünə gülümsəyirdi.

, anası ölmüşdüsə , onu atmamışdıindi yanına günaşırı, yuxusunda gəlirdi... Gah dağın başından, gah meşənin qaranlıq dərinliyindən, gah evin qaranlıq künclərindən əl eləyib onu yanına çağırırdıo da gedib-gedib anasına çata bilmirdigah hardasa qapılar bağlanırdı, gah yol getdiyi yerdə çaya düşüb suda çapalaya-çapalaya boğulurdu, gah da yeridiyi yerdə ayaqları tutulub keyiyirdi, ona addım atmağa, anasına yaxınlaşmağa imkan vermirdi.

Yazı masasının üstündə cütlədiyi əllərinə baxdı.

Əlləri qocalmışdıindi əli , barmaqları da anasının barmaqlarına oxşamağa başlamışdıBunu hamı deyirdi. Deyirdilər, səsi anasının səsinə oxşayır.

Astadan:

Aaa… – eləyib qəhərləndisonra fikirləşdi ki, bəlkə, qəbiristanlığa gedib gün batanacan, hava qaralanacan orda otursun?.. Anasının başdaşına həkk olunmuş üzünə baxa-baxa ağlasın?.. Amma yadına düşdü ki, qəbiristanlıqda heç vaxt ağlaya bilmir anasının qara mərmərə həkk olunmuş gülümsər üzü, tənha qəbri, qəbiristanlıq boyu uğuldayan kədərli küləyin səsi içində heç nəyi tərpətmirOdu ki, bayram günlərində, anasının ildönümündə qohum-əqrəbayla bir qəbiristanlığa gedəndə gözündən bircə gilə belə olsun, yaş çıxmadığı üçün camaatdan xəcalət çəkir. Anasının qohum-əqrəbası başdaşına sarılıb hönkür-hönkür ağlaya-ağlaya, anasının soyuq vücudunu öpüb qucaqlaya-qucaqlaya, həm gözaltı onun üzünü müşahidə eləyir, övladlıq borcunu yerinə yetirmədiyinə görə ona gizli nifrət bəsləyirdilər.

Fikirləşdi ki, olsun ki, qəbiristanlıqda ona görə ağlaya bilmir ki, orda anasının ruhu yoxdu. Anasının ruhu, əslində, hardasa buralardabəzən bu balaca, darısqal otağında, çox vaxt ömrünün əksər illərini yaşadığı evində, bəzən hansısa küçələrlə getdiyi yerdə böyür-başında dolaşırdıOnu öz içində hiss eləyirdiyol getdiyi, yaxud oturduğu yerdə içinə qəfildən şehə bənzər buz kimi sopsoyuq, çəkisiz olan nəsə dolur, dumanı, çiskini andıran anlaşılmaz bir çöküntü ilə gözlərinin içinə, ruhuna çökürdüYa da qəfildən içində kiminsə oxuduğunu hiss edir, sinəsində, boğazında dolaşan o melodiyanı tutmağa çalışırdısa da, tuta bilmirdi... Bu, əsasən gecələr baş verirdi. Gecələrhərə öz otağına çəkilib işığını keçirəndən sonra içinə duman kimi, kölgə kimi çökən anasının pıçıltıya bənzər həzin səslə oxuduğu bu sözsüz, ya sözlü mahnılara sakit qulaq asa bilmirdianası oxuduqca gözünün yaşı aşıb-daşırdı

Ağlayan o yox, anası idi, ağlaya-ağlaya ağrı-acısını onun içinə tökürdüAnası onun gözləriylə özünə ağlayırdınakam taleyinə, xəstəliyin soldurub məhv etdiyi gözəlliyinə… 

Onu anası üçün darıxdıran da, əzab çəkdirən olsun ki, o özü idi

, anası idionun içində yaşaya bilmirdi... Yenə ətə-cana dolmaq, öz simasın­da, öz bədənində yaşamaq istəyirdi. Yoxsa, onun görkəmində, onun boy-buxununda cavan qadın olmaq istəyirdi?!.

Selektor zəng çaldı.

Müdirin çal saçları alnına tökülmüşdü. Əlləri ciblərində, çarxlı kreslonu o yan-bu yana hərlədə-hərlədə ona zillənmişdi

Necəsiz?..

Babat.

Gözümə birtəhər dəyirsiz.

Müdirin üzü kədərli idi deyə, ona baxdıqca ağlamağı gəldi, yenə gözləri doldu. Ağzını açıb danışmaq istəyirdi ki, müdir onu qabaqladı:

Bu gün iki müəllif gələcək, peşəkar adamlardı. Planda uyğun bir şey varsa, sifariş verin, qoy işləsinlər, – müdir danışanda gözünün yaşı diyirlənib yanağı boyu süzüldü.

Müdirin gözü, az qala, hədəqəsindən çıxdı:

Sizə nooldu?..

Heç, – astaca deyib başını aşağı saldı.

Bikefsiz elə bilmüdir pərt halda dedi, sonra cavab gözləmədən:

Mən özüm , axır vaxtlar özümü isə yaman pis hiss eləyirəm. Elə bil havada sə var. Allah bilə, yenə isə buraxıblar atmosferə, – dedi.                                                        

*** 

Evə çatanda hava qaralmışdı. Addımlarını yeyinlədib tələsik yeriyə-yeriyə fikirləşdi ki, indi Allah bilə, evdə uşaqları acından udquna-udquna onu gözləyirlər.

Qapını açarla açıb içəri girəndə uşaqlar ikisi də birdən:

 – Urra!!! – deyib qışqırışa-qışqırışa üstünə atıldılar, hərəsi bir qolundan sallanıb bir-birinin sözünü kəsə-kəsə dil-boğaza qoymadan danışdılar.

Uşaqlardan birtəhər aralanıb mətbəxə keçəndə yadına düşdü ki, hazır xörəyi yoxdu. Bir yadına ərinin dünən bazardan alıb gətirdiyi, indi gözağrıdan qırmızılıqla soyuducunun yuxarı rəfində doğranıb, maşında çəkilməyini gözləyən mal əti düşdü. İndi o, paltarını soyunub əl-üzünü yuyandan sonra həmin o qıpqırmızı əti soyuducudan çıxarmalı, ət taxtasının üstünə qoyub dilim-dilim doğramalı, o da qanını tökə-tökə onun ürəyini bulandırmalıydı.

Əllərini yuyub, uşaqlara dünəndən qalmış bişmiş toyuq döşündən pomidor dilimlərindən yığılmış buterbrod düzəltdi, sonra əti soyuducudan çıxarıb nifrətlə stolun üstünə qoydu.

Qızı qabağında açıq dəftər, əlində qələm, belini əyib divarlara baxa-baxa buter­bro­du­nu yeyirdi.

Gəlib qızının kürəyindən vurdu.

Kürəyini düzəlt! Yaz!..

Qızın üzü dəyişdi:

yazım?..

Ayın tarixini, tapşırıq nömrə filan

Qız buterbrodun axırıncı tikəsini udub, əyri-üyrü hərflərlə ayın tarixini, onun ardınca tapşırığın nömrəsini yazdı çönüb küt gözlərlə yenə üzünə zilləndi.

baxırsan?..

Qızı gözlərini döyüb dərsliyə baxdı ordan oxuduğu bir neçə sözü höccələyə-höccələyə eybəcər hərflərlə dəftərə yazdı.

Bir istədi vursun uşağı, özünü güclə saxladı:

Adam kimi yaz! – deyib içini çəkdi.

Qız diksinib əlini saxladı, sonra yenə, bu dəfə aramla diqqətlə yazmağa başladısa da, yenə hərfləri əyib-üydü.

Bu dəfə özünü saxlaya bilməyib uşağın qolunu çimdiklədi. Çimdikləyəndə orta barmağının dırnağı aralanıb sındı. Dırnağının altından qan axdı.

Əlini qoltuğunun altına soxub mətbəxə keçdi, orda özünə bütün dünyaya qarğış tökə-tökə sınmış dırnağını birtəhər kəsdi, yuyub bağladı. Sonra dilimlədiyi əti tavaya töküb odun üstünə qoydu, qaşıqla qarışdıra-qarışdıra fikirləşdi ki, hər şey pisdi. Əri , uşaqları da, işi , ətrafdakı adamlar da, evi , qırmızılığı odun istisindən yavaş-yavaş öləziyən bu xörək .

Əri o biri otaqda, divanın bir küncünə qısılıb başını qaldırmadan qəzet oxuyurdu, oxuya-oxuya, acından udquna-udquna siqaret çəkirdi. Aradabir qovurmanın iyinə tab gətirməyib mətbəxə girdi, gözü tavada, əli siyirtmələrdə eşələnə-eşələnə ətin bişməyini güddüsə də, ət bişmədi.

Ətin bişməyinə çox qalmışdı. Yağa düşdükcə, bərkiyib gönə dönürdü

Hiss elədi ki, acından özünün başı hərlənir.

Bozarmış tikələrdən birini qaşığa alıb üfürdü, dişlədi. Ət dişinin altında rezin kimi yığılıb-açıldı. Əri aclığa tab gətirməyib, gəlib arxasında durmuşdu, qaşıqla çevirdiyi tikələrə baxırdı

Hövsələsi daraldı, geriyə çönüb:

Nədi?.. – dedi.

Ərinin üzü dəyişdi:

Heç, elə-belə.

elə-belə? De ki, dözə bilmirəm, acından ölürəm.

Əri içini çəkib soyuducunu açdı, ordan kolbasa, pomidor, pendir çıxarıb stolun üstünə düzdü dişlərini bir-birinə sıxıb yeməyə başladı.

Əti ürpəşdi, gözü qaraldı.

Cırıldatma dişini.

Əri çeynəməyini saxlayıb nifrətlə ona zilləndi, sonra əlindəki bıçaq-çəngəli stola atıb ayağa qalxdı, o biri otağa keçib qapını çırpdı.

Yenə gözləri doldu. Nifrət eləyir hər şeyə, yaşamaq istəmir. Allahın rəhmi gəlsinasan ölüm göndərsin ona.

Əti qarışdıra-qarışdıra fikirləşdi ki, olsun ki, əslində, yaşaya bilməyən anasıdı. Anası da ona görə yaşaya bilmir ki, özünü onun bədənində narahat hiss eləyir. Sonra bu fikirlərdən başında aləm bir-birinə qarışdı, acından, ya əsəbilikdən gözləri qaraldıGicgahını ovub fikirləşdi ki, nəhayət ki, hər şeyi başa düşdü. Yaşaya bilməyən, onun gününü göy əsgiyə bükən, anasını istəyən, elə anası özüdü.

Tavanın ağzını örtüb bir kənarda əyləşdi, yadına ötən axşamlaro, işdən qayıdanda anasının bişirib stolun üstünə yığdığı bir-birindən ləzzətli, ədəvalı xörəklər düşdü. Anası xörəkləri süfrəyə düzüb onunla üzbəüz oturdu, maraq dolu gözlərini onun acından üzülən sifətinə, tikələri, az qala, diri-diri udmasına zilləyib qaldı, sonra da gülümsünüb:

Yaxşı-yaxşı çeynə, tələsmə… – dedi.

Sonra anası çay gətirdi. O da yeməkdən doyub, mürəbbəylə çay içə-içə, gün ərzində olanları bir-bir anasına hesabat verdi, hər bir şeyi bütün təfərrüatıyla danışdı. Danışdıqca sözləri anasının canına hopdu, bəbəklərinin içinə ilişib qaldı... Anası onun bütün sözlərini bir-bir yedi, uddu. Acısı olanda üzünü turşudurdu, şirinini gözləriylə yeyirdi.

Başını əlləri arasına alıb stola dirsəkləndi deyə, gözünün yaşı damla-damla süfrənin üstünə töküldü

Ana..

Qızı idi... əlində dəftər, mətbəxin ağzında dayanmışdı, hürkmüş gözlərini onun üzünə zilləmişdi.

Yazdım, – qızı deyib, elə bil utandı.

Gətir baxım.

Gözünün yaşını qoluyla silib tapşırığı oxudu heç başa düşmədi, dəftəri örtüb qızına uzatdı.

Yaxşıdı. 

***

Gecənin bir yarısı ərinin səsinə oyandı. Ərinin səsi o biri otaqda titrəyə-titrəyə kiməsə yalvarırdı

Qəfildən anladıürəyi əsdi. Yenə anası idiindi ərinin yuxusuna gəlmişdi...

Anasının, hələ sağlığında ərindən xoşu gəlmirdi. İndi Allah bilir, ərinin yuxusuna necə, hansı qiyafədə girmişdi, olsun ki, onu iri, qara torbanın içinə salıb ağzını bərk-bərk bağlayırdıya da qara, bulanıq suların altına basıb nəfəsi kəsilənəcən boğurdu

Ayağa qalxıb o biri otağa keçdi. Ayaqlarını döşəməyə ehmal-ehmal qoya-qoya yeriyib ərinin üstünü aldı, əyilib üzünə yaxından baxdı.

Əri qızdırmalı adamlar kimi, tər-qan içində vurnuxurduelə çapalayırdı, elə bil burdaöz yorğan-döşəyində yox, hansı möcüzəyləsə düşdüyü torun içində idiha əlləşirdisə çıxa bilmirdi. Sonra elə bil toru yarıb çıxdı, heysiz halda harasa sərilib qırıq-qırıq ağladı susduElə bil dərin yuxuya getdi.

Olsun ki, anası ərini öldürüb rahatlandı, – fikirləşdi, – ayaqlarını suda şappıldada-şappıldada çıxıb getdi.

Ayaqlarını döşəməyə ehmal-ehmal basa-basa öz otağına qayıtdı, yerinə girib yorğanı başına çəkdi. Saçlarının dibi, boyun-boğazı gicişirdi. Əsəbiləşəndə, ya qorxanda bədəninə həmişə belə gicişmə düşürdü.

Böyrü üstə çönüb yanında yatan qızına baxdı.

Qızı dodaqlarını büzüb, deyəsən, ağlamağa hazırlaşırdı.

Ürəyi sıxıldı... Fikirləşdi ki, anasından sonra bu evdə hamı ağlayır. Anasının yoxluğu bütün evə təsir eləyir.

Qızı ağlamağını bir müddət balaca, büzüşmüş dodaqlarında saxladı, sonra bir­dən-birə sapı qaçan corab kimi bütün üzünə buraxıb, yuxunun içində ağladı...

Uşağı qucağına basıb saçlarını sığalladı, çoxlu-çoxlu öpdü.

Sonra vaxtsa, özü yuxuya getdi yenə dünənki yuxusunun ardını gördü. Qəribəsi bu idi ki, bu dəfə yuxuda özü bilirdi ki, yuxudadı

Yenə həmin maşın yola düzəlib ondan uzaqlaşa-uzaqlaşa hayanasa baş alıb gedirdiyenə maşının ardınca lopa-lopa qar yağırdı maşın həmin o gözağrıdan, soyuq ağlığın içində kiçilib əriyirdi, bapbalaca qara nöqtəyə dönürdüo, yenə ağlayırdı, maşın kiçilib gözdən itdikcə ürəyinin əriyib kiçildiyini hiss eləyirdiürəyi maşınla bir kiçilib-kiçilib balaca nöqtəyə dönürdüsəsi bomboş şəhərə dolub adamsız binaların arasıyla əks-səda verirdi...

Anaa-aa-a!!!.. – deyib ağlaya-ağlaya anasını Ölümə yola salmağa yığışan adamlara baxdıhəmin tanımadığı adamlar idiona elə baxırdılar, elə bil ondan gizlin burda isə baş verirsonra baxıb gördü, anası da burdadı, həmin o tanımadığı adamların içində dayanıb, üzündə həmişəki soyuq təbəssüm ona baxır

Yuxudan nəfəsi darala-darala oyandı...

Əri yanında oturmuşduəlini onun alnına qoymuşdu, qorxudan, ya iztirabdan irilən gözlərlə ona baxırdı. Oyandığını görüb:

Səsinə ayıldım. Elə bil qaynar şiş batırırdılar ətinə, – dedi

Dikəlib yerinin içində oturdu. Ürəyi bulanırdı

Əlini mədəsinin üstünə qoyub:

Deyəsən, boynuma uşaq düşüb, – dedi, ərinə baxdı.

Qaranlıq idi deyə, başa düşə bilmədi, ərinin gözləri güldü, yoxsa kədərləndi.

Bir müddət ikisi də heysiz-heysiz bir-birinə baxdılar.

Hava işıqlanırdı…

 

                                                                                                                    1986